Sərhəd mübahisəsi alovlanır: Region yeni qarşıdurmaya sürüklənir

Sərhəd mübahisəsi alovlanır: Region yeni qarşıdurmaya sürüklənir
08.12.2025 13:57

Tailand–Kamboca sərhədində gərginlik yenidən silahlı toqquşmaya çevrilib. Qarşılıqlı zərbələr zamanı bir tailandlı əsgər ölüb, dörd nəfər yaralanıb. Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi obyektlərinə zərbələr endirib, Kamboca isə mülki əraziləri BM-21 raketləri ilə atəşə tutub. Vəziyyətin kəskinləşməsi səbəbilə Tailandın Baş naziri təcili təhlükəsizlik iclası çağırıb və sərhədə planlaşdırılan səfərini ləğv edib.  


Maraqlıdır, bu yeni eskalasiya yeni müharibənin xəbərçisi ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, gərginliyin kökü Fransanın müstəmləkə dövründə çəkilən ədalətsiz sərhədlərə dayanır: 


"Dövlətlərarası rəqabət daha çox ərazi iddiaları zəminində baş verir. Bu baxımdan Tailand və Kamboca arasında mövcud olan mübahisələr də məhz bu qəbildəndir. Prosesin tarixi kökləri ötən əsrin əvvəllərinə, ən azı ortalarına gedib çıxır. Həmin dövrdə Fransa bölgədə müstəmləkə siyasəti yürüdür və gələcək dövlətlər arasında sərhədləri faktiki olaraq yerli əhalinin mənafelərini, tarixi reallıqları, dini-etnik xüsusiyyətləri, eləcə də abidələrin mənsubiyyətini nəzərə almadan müəyyən edirdi. Bu gün müşahidə olunan gərginliyin əsas səbəblərindən biri də məhz həmin müstəmləkə mirasıdır. İndiki qarşıdurma Tailand və Kamboca xalqları arasında yaranan tarixi ədalətsizliklərin nəticəsi kimi dəyərləndirilə bilər".

Ekspertin qənaətincə, Kambocanın mövqeyi tarixi və hüquqi baxımdan daha əsaslı görünür:


"Təbii ki, hər iki tərəfin qarşılıqlı iddiaları mövcuddur. Lakin hazırkı mərhələdə, xüsusilə qədim Xmer mədəniyyətinə məxsus tarixi abidələrin mübahisə predmetinə çevrilməsi fonunda Kambocanın mövqeləri həm tarixi, həm də hüquqi baxımdan daha əsaslı görünür. Bu abidələrin mənsubiyyəti məsələsində kambocalıların arqumentləri beynəlxalq hüquq prizmasından daha inandırıcı təsir bağışlayır".

Tofiq Abbasovun fikrincə, tərəflər münaqişəni yenidən qarşılıqlı ittihamlarla davam etdirirlər: 

"Lakin mübahisələr kəskinləşdikcə silahlı qarşıdurma riski də artır. Tək bir atəşin açılması belə vəziyyəti nəzarətdən çıxara və qurbanların sayının artmasına səbəb ola bilər. Bu isə prosesi sonradan cilovlamağı olduqca çətinləşdirir. XX əsrin 20–30-cu illərindən bu günə qədər Tailand və Kamboca arasında vaxtaşırı silahlı toqquşmalar yaşanıb və bu qarşıdurmaların qurbanları da az olmayıb. Buna baxmayaraq, yeni mərhələdə tərəflər yenidən qarşılıqlı ittihamlar irəli sürür və hər biri öz mövqeyini haqlı göstərməyə çalışır".

T.Abbasovun fikrincə, gərginlikdə maraqlı üçüncü tərəflərin olduğu ehtimal edilir: 

"Bundan əlavə, bu gərginlikdə maraqlı olan üçüncü tərəflərin də mövcudluğu istisna edilmir. Digər tərəfdən, bu prosesdə Birləşmiş Millətlər Təşkilatının faktiki olaraq passiv mövqedə qalmasının şahidi oluruq. BMT sadəcə bəyanatlarla kifayətlənir. Halbuki təşkilatın sülhməramlı qüvvələr və müşahidə missiyaları göndərmək kimi imkanları mövcuddur. Hazırkı mərhələdə isə BMT prosesləri demək olar ki, taleyin axarına buraxıb".

O vurğulayıb ki, ümumilikdə Hind-Çin yarımadası özü də mürəkkəb və turbulent regiondur. Bu bölgədə dövlət münasibətləri özünəməxsus xüsusiyyətlərə malikdir. Sərhədyanı ərazilərdə eyni dinə məxsus insanlar yaşasa da, milli kimlik, tarixi iddialar və geosiyasi maraqlar həlledici rol oynayır.


Ekspert hesab edir ki, baş verən son lokal toqquşmadan sonra həm Pnompen, həm də Banqkok ciddi şəkildə vəziyyəti təhlil etməli və məsuliyyətli qərarlar verməlidir. Çünki qlobal miqyasda onsuz da gərgin olan beynəlxalq situasiya fonunda hər hansı yeni münaqişənin alovlanması çox ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan siyasi dairələr daha məsuliyyətli davranmalı, ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini düşünməli, onları risk altında qoymamalıdır.

Sonda analitik, həmçinin bildirib ki, tərəflər münaqişəni yalnız dialoq yolu ilə həll etməlidirlər: 

"Eyni zamanda tərəflərin Təhlükəsizlik Şuraları daha fəal şəkildə prosesə cəlb olunmalı, mümkün ən kritik ssenarilərin də qarşısının alınması üçün mexanizmlər işə salınmalıdır. Lakin əsas məqsəd münaqişənin miqyasını böyütmək deyil, onu dialoq yolu ilə həll etmək olmalıdır. Banqkok və Pnompen bu prosesə birbaşa məsuliyyət daşıyan tərəflər kimi ehtiyatlı və ölçülü davranmalıdırlar. Çünki mövcud mübahisələr öz-özünə yaranmayıb, lakin əgər artıq mövcuddursa, tərəflər ilk növbədə bir-birlərini eşitməyi bacarmalıdırlar".  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости