Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?

Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?
16.02.2026 16:36

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya hakimiyyətinin münaqişə nizamlandıqdan sonra Ukraynada müvəqqəti xarici idarəçiliyin tətbiqi imkanını müzakirə etməyə hazır olduğunu açıqlayıb.


O, bildirib ki, Ukraynada BMT himayəsi altında xarici idarəçilik ideyası yeni deyil və beynəlxalq praktikada oxşar presedentlər mövcuddur.

Qaluzinin sözlərinə görə, Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Kiyevdə belə bir mexanizmin tətbiqini müzakirə edə bilər. O qeyd edib ki, bu model demokratik seçkilərin keçirilməsinə və “fəaliyyət qabiliyyətli hökumətin” formalaşmasına şərait yarada bilər. Hazırda isə bu məsələ geniş şəkildə müzakirə olunmur.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev Mixail Qaluzinin səsləndirdiyi “Ukraynada müvəqqəti xarici idarəçilik” ideyasının siyasi baxımdan son dərəcə həssas və mürəkkəb olduğunu bildirib: 


“Bu təşəbbüs hazırkı geosiyasi reallıqda ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənə biləcək ideya deyil. Qərbin prinsipial mövqeyi Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Aİ müharibənin əvvəlindən Ukraynanın legitim hökumətini tanıdığını və dəstəklədiyini açıq şəkildə bəyan edib. BMT himayəsi altında xarici idarəçilik isə praktik olaraq mövcud hakimiyyətin legitimliyinin sual altına alınması və Ukraynanın, hətta müvəqqəti də olsa, suveren qərarvermə imkanlarının məhdudlaşdırılması kimi qəbul oluna bilər. Bu isə dolayısı ilə Rusiyanın “Ukraynada legitim hakimiyyət yoxdur” tezisinin qəbul edilməsi anlamına gələ bilər”.

Politoloq qeyd edib ki, BMT nəzarətində müvəqqəti idarəçilik presedentləri mövcuddur:

“Doğrudur, Kosovo (UNMIK), Şərqi Timor, Kamboca kimi nümunələr var. Amma bu hallar adətən dövlət institutlarının tam dağılması, vətəndaş müharibəsi və ya humanitar kollaps şəraitində, həmçinin tərəflərin razılığı əsasında tətbiq olunub. Ukraynada isə mərkəzi hökumət fəaliyyət göstərir, ordu və dövlət strukturları işləkdir, beynəlxalq legitimlik tanınır. Bu baxımdan presedent uyğunluğu zəifdir”.

Anar İsayev Qərbin mümkün reaksiyasına da toxunub:  


“Qərb rəsmi olaraq ideyaya ehtiyatlı və ya soyuq yanaşacaq və “Ukraynanın gələcəyini yalnız Ukrayna xalqı müəyyən etməlidir” xəttini vurğulayacaq. Seçkilər məsələsinin Ukrayna Konstitusiyasına uyğun həllini dəstəkləyə bilər, amma “xarici idarəçilik” terminindən qaçacaq. Müharibədən sonrakı seçkilərin beynəlxalq müşahidə altında keçirilməsi isə dəstəklənə bilər”.

Ekspert hesab edir ki, hazırkı siyasi konfiqurasiyada ABŞ və Aİ-nin bu təşəbbüsə razılıq verməsi real görünmür. Qərb üçün əsas prioritet Ukraynanın dövlət kimi davamlılığının qorunması və Rusiyanın hərbi nəticələr əldə etməsinin qarşısının alınmasıdır.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Все новости