Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi
05.07.2025 18:00 Təhlil

"Rusiya Prezidenti Vladimir Putinin Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, diqqətə çatdırıb ki, ABŞ və Rusiya arasında münasibətlər uzun müddətdir ki, gərgindir:

"Cozef Baydenin hakimiyyəti dövründə Ukraynaya açıq hərbi dəstək fonunda bu münasibətlər daha da pisləşdi. Donald Trampın birinci prezidentliyi dövründə də əlaqələr o qədər də yaxşı deyildi. Çünki Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ABŞ tərəfindən tətbiq olunan ən sərt və çoxsaylı sanksiyalar məhz Trampın prezidentliyi dövründə gerçəkləşmişdi. Bununla belə, həmin vaxt Rusiya diplomatik protokol qaydalarına uyğun olaraq müvafiq təbrik məktubları ünvanlayırdı. Çünki iqtisadi sanksiyalar olsa da, açıq hərbi qarşıdurma yox idi və nəticədə Rusiya da diplomatik etiketə əməl edərək ABŞ-yə təbrik məktubları göndərirdi. Lakin sonradan vəziyyət dəyişdi və nəticədə nə Rusiya ABŞ-ni, nə də ABŞ Rusiyanı müvafiq bayramlarda təbrik etdi".

Ekspert hazırda vəziyyətin dəyişdiyini qeyd edib:

"Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır. İki ölkə arasında yaxınlaşma və müəyyən əməkdaşlıq imkanlarının müzakirəsi gündəmdədir. Həmçinin ABŞ-nin Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Son günlərdə Ukraynaya silah və texnika göndərilməsinin dayandırılması ilə bağlı yayılan məlumatlar fonunda Rusiyanın ABŞ-nin Müstəqillik Gününü təbrik etməsi bir neçə məqamı özündə ehtiva edir.

Birincisi, Rusiya bu addımı ilə ABŞ-yə danışıqlarda və əməkdaşlıqda maraqlı olduğunu göstərmək istəyir. İkincisi, Vladimir Putin Qərb ölkələrinin hamısının Rusiyaya eyni prizmadan baxmadığını nümayiş etdirməyə çalışır. Təbrik məktubu ilə ABŞ-yə mesaj verilir ki, biz Avropa İttifaqının Ukraynaya açıq dəstək verən ölkələrindən fərqli olaraq, sizinlə gələcək əməkdaşlığa maraqlıyıq".

Analitikə görə, bu təbrik həm də daxili auditoriyaya hesablanıb:

"Rusiyada Qərbin Rusiyaya qarşı birləşməsi və ölkənin beynəlxalq təcrid vəziyyətinə düşməsi cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar bunu açıq şəkildə dilə gətirməsələr də, daxildə narahatlıq hiss olunur. Putin göstərmək istəyir ki, Rusiya Qərbin bütün ölkələri ilə düşmən deyil; ABŞ kimi bir güc var ki, Rusiyanın mövqeyini anlayır.

Nəticə etibarilə, bu təbrik məktubu təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığında amerikalı həmkarı Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə şəxsən təbrik edib. Onun bu kontekstə Ağ Ev rəhbərini təbrik etməsi son beş ildə ilkdir. Sonuncu dəfə Vladimir Putin ABŞ prezidentini milli bayram münasibətilə 2020-ci ilin iyulunda təbrik edib

Qiymət Mahir

FOTOLAR

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bütün Xəbərlər