Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq...

Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq...
05.06.2026 16:40

Rusiya yenidən Bakı və İrəvana sülh müqaviləsini Moskvada imzalamağı təklif edib.

Bəs məsələnin məhz indiki dövrdə yenidən gündəmə gətirilməsində məqsəd nədir?

Sözügedən mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.


O bildirib ki, Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin Moskvada imzalanması məsələsini həmişə gündəmdə saxlamağa çalışır və bunun çox önəmli məsələ olduğunu qəbul edir:

"Çünki bu, həm hüquqi məsələdir, həm də beynəlxalq məkan üçün böyük əhəmiyyət daşıyır. Ona görə də Kreml hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin Rusiyada imzalanması Rusiyaya Cənubi Qafqazda əlavə təsir mexanizmləri qazandıra bilər. Çünki həmin saziş imzalanarkən Rusiya da özünü vasitəçi tərəf kimi həmin hüquqi sənədə daxil etməyə çalışacaq. Bununla da Cənubi Qafqazdakı geosiyasi proseslərdə əlavə manevr imkanları əldə etmiş olacaq". 

Analitik qeyd edib ki, Kreml  indiki mərhələdə bu məsələnin yenidən gündəmə gətirilməsini və Rusiyanın vasitəçilik missiyasının ön plana çıxarılmasını Cənubi Qafqazdakı geosiyasi proseslərin inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət daşıdığını düşünür:

"Kreml Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin Amerika Birləşmiş Ştatlarında və ya Avropanın hər hansı bir ölkəsində imzalanmasını qətiyyən istəmir. Çünki bu halda həm Amerika Birləşmiş Ştatları, həm də sazişin imzalanacağı Avropa ölkəsi Cənubi Qafqazda müəyyən təsir mexanizmləri əldə etmiş olacaq. Kreml isə Cənubi Qafqazda hər hansı kənar ölkənin, yəni Amerika Birləşmiş Ştatlarının və ya Avropa ölkələrinin hüquqi təsir mexanizmləri əldə etməsini istəmir. Bunu Rusiyanın geosiyasi maraqları üçün ciddi problem hesab edir".

Elçin Xalidbəyli əlavə edib ki, xüsusilə "TRIPP" layihəsinin Amerika Birləşmiş Ştatlarının iştirakı ilə reallaşdırılması barədə sənədin imzalanmasından sonra Rusiya tərəfi olduqca narahatdır: 

"Məhz bu məsələni ön plana çəkməklə və buna nail olmaqla TRİP layihəsi ilə bağlı itirilmiş mövqelərin müəyyən qədər balanslaşdırılması istiqamətində cəhdlər göstərilir. Ancaq bu məsələnin Rusiyanın istədiyi kimi həll olunacağı ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Çünki Ermənistanda seçkilər keçirilməlidir və seçkilərdən sonra, əgər Paşinyan hakimiyyəti qalib gələrsə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum keçirilməlidir. Yalnız bundan sonra sülh sazişi imzalana bilər. Ona görə də bu məsələnin hansı istiqamətdə həll ediləcəyi hələlik məlum deyil. Böyük ehtimalla, bu məsələyə yaxın gələcəkdə və ya ilin sonuna doğru daha çox aydınlıq gələcək".

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Все новости