Ramil Səfərovu qaytarmaqla Azərbaycan xalqına böyük qalibiyyət yaşadan Viktor Orban

Ramil Səfərovu qaytarmaqla Azərbaycan xalqına böyük qalibiyyət yaşadan Viktor Orban
13.04.2026 13:59

Tarix boyunca ən güclü dövlətlər, öz vətəndaşını — xüsusilə əsgərini —əsirlikdə tərk etmirdilər. Dövlət iradəsinin məsələsi hansı illəri əhatə edir etsin, mütləq həllini tapacaq idi.

Roma generalı Regulus Karfagenlilər tərəfindən əsir alınır. Onu Romaya göndərirlər ki, sülh danışıqları aparsın və əsir mübadiləsi təklif etsin. Regulus Romada Senata çıxış edib deyir: “Mənim kimi qocalmış əsirlərə görə sülh bağlamayın, müharibəni davam etdirin”.


Tarixdə əsgərini qürbətdə qoymayan, onun xilası üçün bütün dövlət resurslarını cəlb etmək praktikası onlarla uğurlu əməliyyat qalıb.

İsrailin 4 min kilometr məsafədə, Uqandada həyata keçirdiyi Operation Entebbe əməliyyatında 90 dəqiqədə 106 girov xilas edilmişdi. 


Fevral 2004-dən avqust 2012-yə qədər: bir Azərbaycan zabitinin 8 il həbs, 1 gecənin faciəsi, 1 diplomatik razılaşmanın arxasındakı tarixi hekayə də bu qəbildən idi.

Ramil Sahib oğlu Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Ailəsi soydaşları kimi 1991-1993-cü illərdəki Ermənistan-Azərbaycan müharibəsinin acısını birbaşa yaşadı — Cəbrayıl 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Ailə Bakıya köçdü. Gənc Ramilin uşaqlığı işğal altındakı doğma torpaqdan ayrılıq, qaçqınlıq kölgəsindən keçdi.

2004-cü ilin yanvarında Budapeştdə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində İngilis dili kursları başladı. Kursda Azərbaycan, Ermənistan və digər ölkələrin zabitləri — o cümlədən azərbaycanlı Ramil Səfərov, ermənistanlılar Qurgen Marqaryan və Hayk Makuçyan — bir yerdə təhsil alırdı.

Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən erməni zabiti Qurqen Markaryanı  Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə də Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunur. 

19 fevral 2004-cü ildə Ramil Səfərov Budapeştdə polis tərəfindən saxlanıldı.

2006-cı ilin aprel ayında Budapeşt Şəhər Məhkəməsi onun barəsində hökm çıxardı. Məhkəmə Səfərovu birinci dərəcəli təqsirli bilərək ömürlük azadlıqdan məhrum etdi və 30 il müddətinə şərti azadlığa buraxılma hüququnu istisna etdi. Bu hökm həmin dövrə qədər Macarıstanda verilmiş ən ağır cəzalardan biri hesab olunurdu.


Ramil Səfərovun məhkəmə prosesi Azərbaycanda ilin hadisəsinə çevrilir və sonrakı 8 il ərzində daim gündəmdə qalır. 

Ramil Səfərovun məhkəmədə türk dilində etdiyi çıxışa uzun illərdən sonra təkrar baxdıqdan sonra onu  daha yaxşı anlamaq mümkündür: “Mənim ölkəmin torpaqları bu gün də ermənilərin işğalı altındadır. Mənim ailəm qaçqın düşdü, əqrabalarım öldürüldü, təhqir edildim, bayrağımızla “dalğa” keçildi. Özünüzü bir an da olsa, mənim yerimə qoymağınızı rica edirəm”. 

Şübhəsiz ki, vətən müharibəsini yaşamış toplumun həmin günlərə dönüb Səfərov keysinə qalib baxışı ilə yanaşması olduqca realdır. Lakin bu, o hadisə idi ki, Mübariz İbrahimov şəhadəti ilə Ramil Səfərovun simasında məğlubiyyətə qarşı üsyan bayrağı dalğalanmış, bütöv bir gənc nəsli vətən sevgisi ilə süsləmiş, aprel döyüşləri və Vətən müharibəsinin hekayələri üçün patriot zəmin hazırlamışdı.

Avqust 2012 - Macarıstan Ədliyyə Nazirliyi ekstradisiya qərarını verdi


Macarıstan hökuməti bu ekstradisiyanı 1983-cü il Strazburq Konvensiyasına — "Məhkumların Mübadiləsi haqqında" Avropa Şurası sənədinə əsaslandırdı. 

Və əlbəttə ki, o dövrdə Macarıstanın baş naziri, Azərbaycanın əsl dostu Viktor Orban idi. 

Viktor Orban: AB və NATO üzvü bir ölkənin baş naziri olaraq eyni zamanda Türk dünyasının ən müdafiəçisi Avropa liderinin titulunu daşıyırdı.


Viktor Orban – hakimiyyətdə olduğu dövrü bizim üçün dostanə akkordlarla yadda qalan Avropanın peşəkar siyasi liderlərindən biri idi.

Səfərovun azad edilməsi insan azadlığı idi

İnsan azadlığı torpağın azadlığı idi

Torpaqların azadlığı vətən müharibəsinin nəticəsində baş verdi.

Səfərov keysi Orbanın dostluğuna vəsilə oldu.

Orban Macarıstanı, Macarıstan Atillanı və Türk Dünyasını doğurdu.

Və bütün bunlar Prezident Əliyev imzasının təntənəsi idi.

ANS kanalının efirlərində Ramil Səfərovun müttəhim kimi son çıxışını verirlər.

2006-cı ildən 20 il ötüb, bir maraqlı vətəndaş kimi çox istərdim ki, polkovnik Səfərov həmin çıxışın simulyasiyasını təkrar canlandıra, tarixi hadisələri təkrar saya və Zəfərimizin bizə qazandırdıqlarını həyatında yaşayan biri kimi, necə dəyişdiyini əyani şəkildə anlada – Amma bu dəfə bir qalib əsgər kimi…

Səfərovun hakimdən ədalət dilədiyi çıxışın o hissəsi necə də düz çıxdı -  Hakim Allah, ədalət isə onun lütfü imiş.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Все новости