Qətərdən İrana GÖZLƏNİLMƏZ ZƏRBƏ - Ultimatumun pərdəarxası

Qətərdən İrana GÖZLƏNİLMƏZ ZƏRBƏ - Ultimatumun pərdəarxası
19.03.2026 15:25

Qətər ilə İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.

Doha hakimiyyəti İranın ölkəyə qarşı davam edən hücumları fonunda bu ölkənin səfirliyində çalışan hərbi və təhlükəsizlik attaşelərini “persona non grata” – arzuolunmaz şəxs elan edib. İranlı diplomatlara ölkəni tərk etmələri üçün 24 saat vaxt verilib.


Maraqlıdır, bu addım sonrakı mərhələdə real hərbi eskalasiya riskini artıra bilərmi?

Sözügedən məsələni iranlı politoloq Məhəmməd Rəhmanifər TodayPress TV-yə şərh edib.  


O qeyd edib ki, Qətər son illərdə daim İranı dəstəkləyən ölkələrdən biri olub: 

“Hətta bunu bir dəfə Donald Tramp da qeyd etmişdi. O bildirmişdi ki, İran rejiminə qarşı hər hansı tədbir görmək istədikdə, Qətər əmiri faktiki olaraq İranı müdafiə edirdi”.  

Ekspert vurğulayıb ki, İranın atdığı addımlar kifayət qədər diqqətçəkicidir: 

"İran dost və düşmən fərqi qoymadan demək olar ki, bütün qonşu ölkələrə hücum etdi. Bu ölkələr sırasında Azərbaycan, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də var. Halbuki Birləşmiş Ərəb Əmirlikləri İran üçün mühüm iqtisadi tərəfdaşlardan biri hesab olunurdu. İranın xarici ticarətinin əhəmiyyətli hissəsi və ölkəyə daxil olan maliyyə axını məhz bu ölkə vasitəsilə həyata keçirilirdi. Həmçinin, İran ilə ABŞ arasında aparılan danışıqlarda vasitəçi rolunu oynamış Oman belə bu hücumlardan kənarda qalmadı".

Onun qənaətincə, region ölkələri real addımılar atmır:

"Bəs Qətər İran qarşısında hansı addımı atacaq? Açığını desək, ciddi bir addım gözlənilmir. Əgər ərəb ölkələri konkret tədbirlər görmək niyyətində olsaydılar, bunu indiyə qədər edərdilər. Son müzakirələrə nəzər saldıqda, Körfəz və ərəb ölkələrinin, eləcə də Azərbaycanın iştirak etdiyi görüşlərdə əsasən bəyanatlarla kifayətlənildiyi görünür. Hücumlar qınanır, lakin praktik addımlar atılmır".


Analitik bildirib ki, bunun əsas səbəblərindən biri, bu ölkələrin münaqişənin öz ərazilərinə yayılmasını istəməməsidir. Əksəriyyəti kiçik dövlətlərdir və genişmiqyaslı qarşıdurma onlar üçün ciddi təhlükə yarada bilər. Digər tərəfdən, Qətər təkbaşına hər hansı təsirli addım ata biləcək gücə malik deyil. Əgər İran qarşısında konkret tədbirlər görüləcəksə, bu, yalnız kollektiv şəkildə — ərəb ölkələrinin birgə qərarı ilə mümkün ola bilər.

"Bu baxımdan Səudiyyə Ərəbistanının rolu xüsusi əhəmiyyət daşıyır. Regionda əsas güc mərkəzi hesab olunan bu ölkə olmadan digər dövlətlərin ciddi addım atması çətindir. Lakin son bəyanatlarda belə bir mövqe müşahidə olunmur. Əksinə, yenə də diplomatik çərçivədə İranın qınanması ilə kifayətlənilir", - politoloq əlavə edib. 

M.Rəhmanifər sonda diqqətə çatdırıb ki, siyasət dinamik sahədir və hadisələrin inkişafı bir çox amillərdən asılıdır. Gələcəkdə baş verəcək proseslər də məhz bu amillərin necə dəyişəcəyinə bağlı olacaq. Bu qiymətləndirmə isə hazırkı mövcud məlumatlara əsaslanır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə zərbələr endirilib. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum edib. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Все новости