Qərb Ukraynanı tək qoyur: Polşa da imtina etdi

Qərb Ukraynanı tək qoyur: Polşa da imtina etdi
16.12.2025 13:11

Polşa hökuməti Ukraynada yerləşdirilməsi müzakirə olunan mümkün “çoxmillətli qüvvələr”də iştirak etməyəcəyini açıqlayıb. Baş nazir Donald Tusk bu qərarın Polşanın suveren iradəsinə əsaslandığını bildirib və əsgər göndərilməsi ilə bağlı qərarların yalnız Varşava tərəfindən verildiyini vurğulayıb. Tusk həmçinin qeyd edib ki, Ukraynanın mümkün ərazi güzəştləri ABŞ-nin sülh razılaşmasına təminatçı kimi çıxış etməsi üçün irəli sürdüyü şərtlər paketinə daxildir.

Maraqlıdır, Polşanın bu qərarı Ukrayna üzrə Qərb daxilində fikir ayrılıqlarının dərinləşdiyini göstərir? Qərb Ukraynanı tək qoyur?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Qərb sülhü ləngidir: 


"Qərb Ukraynanı tək qoymayacağını dəfələrlə bəyan edib. Buna baxmayaraq, Avropa ölkələri arasında fikir ayrılıqları həmişə mövcud olub və son dövrlərdə bu fərqliliklər daha da dərinləşir.

Lakin Qərb rəsmi olaraq Ukraynanın yanında olduğunu bildirir, sülh danışıqlarının gedişinə təsir göstərməyə çalışır və faktiki olaraq sülh prosesini ləngidir. Çünki müharibənin uzanması Qərbin maraqlarına daha çox cavab verir".

Analitik qeyd edib ki, real təminat ABŞ-dən, NATO-5 bənzəri zəmanətlə mümkündür: 

"Digər tərəfdən, Ukraynanın təhlükəsizliyinə real təminat yalnız ABŞ tərəfindən verilə bilər və bu təminat sülh sazişində əks olunmalı olan müddəalarla rəsmiləşdirilməlidir. Söhbət NATO müqaviləsinin beşinci maddəsinə bənzər mexanizmin sülh sazişində yer almasından gedir. Yəni Ukraynaya qarşı hücum NATO üzvlərinə və ya təminatçı ölkələrə edilmiş hücum kimi qiymətləndirilməli və buna uyğun tədbirlər görülməlidir".

O, həmçinin vurğulayıb ki, bir məqam aydındır: Avropa nə qədər Ukraynanın yanında olduğunu bəyan etsə də, bunu praktikada reallaşdırmaq üçün kifayət qədər imkanlara malik deyil.

A.Səmədov bildirib ki, Ukraynaya ən azı 50 milyard dollar yardım lazımdır:


"Bu il Ukraynaya təxminən 37 milyard dollar və ya avro həcmində hərbi yardım göstərilib ki, bu da real ehtiyaclarla müqayisədə kifayət deyil. Əvvəlki illərdə hərbi yardımın həcmi 40 milyarddan çox olsa da, Ukrayna həlledici üstünlük əldə edə bilməyib. Deməli, Ukraynanın öz ərazilərini azad edə bilməsi üçün hərbi yardımın ən azı 50 milyard səviyyəsində olması zəruridir".

Ekspert onu da qeyd edib ki, ümid dondurulmuş aktivlərədir: 

"Lakin Qərbin belə bir yardım göstərmək imkanları məhduddur. Hazırda əsas ümid Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə bağlanır və bu istiqamətdə müəyyən addımlar atılıb. Bununla belə, Qərb ölkələri, xüsusilə Avropa dövlətləri yaxşı anlayırlar ki, Ukraynaya tələb olunan miqyasda dəstək vermək gücündə deyillər. Yardımlar tədricən azalır və gələn il bu səviyyənin daha da düşməsi ehtimalı yüksəkdir".

Analitik sonda əlavə edib ki, Ukrayna sonda daha ağır şərtlərlə sülhə məcbur qala bilər:


"Bu şəraitdə Ukraynaya yalnız siyasi bəyanatlar veriləcək. Nəticədə Ukrayna yeni ərazilər itirə və sonda daha əlverişsiz şərtlərlə sülh sazişini imzalamağa məcbur qala bilər. Böyük ehtimalla bunu həm Zelenski, həm də Avropa ölkələri anlayır. Lakin indiki mərhələdə hər iki tərəf üçün sülhə dərhal razılıq verməmək və gələcəkdə, hətta daha ağır şərtlərlə razılaşmaya getmək mövcud maraqlara daha uyğun görünür. Bu səbəbdən onlar hazırkı mövqedə birlik nümayiş etdirirlər".

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости