Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil…

Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil…
24.06.2025 13:36 Təhlil

ABŞ Prezidenti Donald Tramp iyunun 23-ü gecə saatlarından etibarən İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə atəşkəsin Qətərin vasitəçiliyindən sonra baş tutacağını təsdiqləyib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi isə iyunun 24-də İranla atəşkəsə razı olduğunu rəsmən elan edib. Bildirilib ki, İsrail əməliyyat məqsədlərinə nail olduqdan sonra Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb. 

Bütün bunlar İranın Qətərdəki ABŞ hərbi bazasına iyunun 23-də həyata keçirdiyi hücumdan sonraya təsadüf edib. Ancaq bu raket hücumları ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş aviazərbələrə cavab olaraq simvolik xarakterdə olub, hər hansı bir itkiyə səbəb olmayıb. 

Prosesi TodayPress TV-yə şərh edən analitik Aqşin Kərimov bildirib ki, İsrail-İran hərbi eskalasiyanın atəşkəslə dayandırılması baş tutsa da, tərəflər arasındakı münaqişənin sonlanmasından danışmaq hələ ki, tezdir.

Ekspert bununla belə hesab edir ki, Yaxın Şərqdəki İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq. 

“İlk növbədə qlobal nizam və onun qaydaları Rusiya-Ukrayna müharibəsinin gedişatına uyğun olaraq dəyişir. İranla İsrailin perspektiv əlaqələrində tərəflərin bir-biri ilə danışıq aparması üçün yaxşı bir presedent yaranır. Bu, tərəflərin strateji məqsəd və vəzifələrini sürpriz görüşlər vasitəsilə bir-birlərinə çatdırması üçün unikal diplomatik kanal ola bilər. Ehtimalla, Çin, Rusiya və ABŞ arasında İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün moderatorluq uğrunda mübarizə gedəcək. Lakin İsrail-İran raket müharibəsində Azərbaycanın strateji təmkinə əsaslanaraq tutduğu mövqe onun da brokerlik üçün təsir imkanlarını artıra bilər”. 

Ekspert əlavə edib ki, Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya başqa bir tərəfdən Rusiya-ABŞ əlaqələrindəki dinamikadan da qaynaqlanır: 

“İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Donald Trampın 2025-ci ildə ikinci dəfə prezidentlik fəaliyyətinə başlamasından sonra onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun Ukrayna müharibəsi üzrə danışıqlardakı iştirakı da hər şeyi deyə bilər. Rusiya ilə ABŞ Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki dinamikaları tutuşdurmaq və nəticələri bölüşdürmək üçün bir plan hazırlığında görünə bilər. Rusiyanın İrana əhəmiyyətli dəstək verməməsi, nüvə proqramının inkişafı ilə əlaqədar ABŞ ilə aşağı-yuxarı eyni mövqeni bölüşməsi də təsadüf deyil”. 

A.Kərimov hesab edir ki, İran-İsrail qarşıdurması İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndirib.   

“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hakimiyyətdən getməsi ehtimallarına uyğun olaraq onun əvəzlənməsi üçün föqvəladə vəziyyət planının hazırlandığı bildirilir. Digər tərəfdən, İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin İsraillə münasibətlərdə atəşkəsə nail olmaq səylərinin artdığı vurğulanır ki, bu da post-Xamenei dövrü üçün siqnalların güclənməsinə eyham vurur”, - deyə o, fikrini yekunlaşdırıb.    

Töhfə Səməd

FOTOLAR

Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil… — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər