Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?

Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
28.07.2026 18:49

Putinin Əliyevə zənginə Paşinyanla telefon danışığı kontekstində baxmaq olar. Və məsələ nə Bakı-İrəvan xəttindəki münasibətlərdə Moskvanın rol oynaması, yaxud Rusiya prezidentinin zəng diplomatiyasında balansı qoruması deyil. Rusiya hazırda Cənubi Qafqaz siyasətində taktiki manevrlər etməyə çalışır. Bunu zəng trafikində də görmək mümkündür.

Moskva-İrəvan xəttində telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Erməni baş nazir Putindən Ermənistan mallarının ixracına qoyulan məhdudiyyətləri götürməyi istəyib, ikinci isə İrəvandan Avropa İttifaqı-Avrasiya İqtisadi Birliyi arasında seçimi tezləşdirməyi tələb edib. Telefon danışığından iki nəticə çıxır:

Birincisi, Moskva və İrəvanın münasibətlərlə bağlı gündəliyi tamamilə fərqlidir;

İkincisi, Rusiya Ermənistana qarşı iqtisadi rıçaqları aradan qaldırmaq, yaxud ən azı yumşaltmaq niyyətində deyil: Moskva Brüsselin İrəvan üçün iqtisadi alternativlər yarada bilməməsindən də təzyiq siyasətini davam etdirməkdə fürsət olaraq görür.

Əsas məqamlardan biri isə Ermənistandakı seçkilərdən sonra baş tutan ilk telefon danışığında da Putinin Paşinyanı təbrik etməməsidir. Bu, gərginliyin davam edəcəyi, hətta genişlənəcəyi gözləntilərini artırır. Paşinyanla danışıqdan bir gün sonra Putinin Əliyevə zəng etməsi də Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər. Rusiya Ermənistanla qarşıdurma fonunda regional siyasətini Azərbaycanla münasibətlərin düz xəttə çıxarılması ilə kompensasiya etməyə çalışır.

Politoloq Asif Nərimanlı

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL 21:34 700 bal toplayan yeganə abituriyent o oldu - FOTO 21:21 Avropa Gimnastikasından Rusiya ilə bağlı gözlənilməz qərar 21:14 Tramp ABŞ kəşfiyyatında “təmizliyə” başladı 20:59 UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı bitdi - YENİLƏNDİ 19:05 Tramp İranın iki düşmənini eyni gündə qəbul etdi: Körfəzdə dalğalı anlar 20:39 İsrailin qələbə görüntüsünün altında nə yatır? Sabiq rəsmidən sensasion açıqlama 20:08 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Джейхун Байрамов принял нового посла Германии в Азербайджане 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Все новости