Paşinyanın “növbətçi” Moskva səfəri: Kremlin qapısı bu dəfə niyə döyüldü?

Paşinyanın “növbətçi” Moskva səfəri:  Kremlin qapısı bu dəfə niyə döyüldü?
24.07.2025 11:00 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri daha çox zərurətdən doğan bir addım kimi qiymətləndirilməlidir”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu səfər Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətli proseslərin fonunda baş tutur və təkcə İrəvan-Moskva münasibətlərində deyil, bütövlükdə regional balansda da ciddi maraq doğurur.       

“Son illərdə Paşinyanın Rusiyaya qarşı sərt addımları, o cümlədən rus dilinin təqibi, Kremlə yaxın kadrların vəzifələrdən uzaqlaşdırılması, həmçinin Ermənistanın Rusiya rəhbərliyi altında fəaliyyət göstərən hərbi-siyasi və iqtisadi strukturlardan uzaqlaşması, iki ölkə arasında münasibətləri ciddi şəkildə sarsıdıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan münasibəti də bu kursun göstəricisidir. Rəsmi İrəvan nə təşkilatın iclaslarına qatılır, nə də üzvlük haqlarını ödəyir. Faktiki olaraq Ermənistanın KTMT-dəki iştirakı dondurulmuş vəziyyətdədir. Bu şəraitdə Paşinyanın Moskvaya səfəri, tərəflər arasında hansısa yeni razılaşmaların gündəmə gətiriləcəyi, ya da münasibətlərin əvvəlki vəziyyətə qaytarılması üçün vasitələrin araşdırılacağı ehtimalını aşağı salır”.  

Analitik Azərbaycan-Rusiya münasibətlərində son aylarda yaranan gərginliyi də xatırladaraq, bunun kontekstdən kənar olmadığını diqqətə çatdırıb. Xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra yaşanan diplomatik soyuqluq və rus bloqerlərin Azərbaycana qarşı aqressiv çıxışları, Ermənistan daxilində Rusiya ilə Bakı arasında yaranmış bu gərginlikdən istifadə edib Moskva ilə yaxınlaşmaq üçün fürsət axtarışlarını stimullaşdırır.  

O bildirib ki, erməni ekspertlərinin bir qismi də hesab edir ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün Paşinyan administrasiyası yeni təkliflərlə Kremlin qapısını döyə bilər. Lakin burada vacib amillərdən biri də Rusiya daxilindəki erməni diasporu və Erməni Apostol Kilsəsinin mövqeyidir. Paşinyanın kilsə ilə olan açıq qarşıdurması və Rusiya kilsə dairələrinin buna reaksiyası, Moskvanın rəsmi İrəvana münasibətini daha da mürəkkəbləşdirə bilər.    

Politoloqun qənaətincə, bu məsələdə də Paşinyan Moskva tərəfinin konkret mövqeyini öyrənmək istəyəcək. 

“Bununla belə, Ermənistan-Rusiya münasibətlərinin əvvəlki strateji səviyyəyə qayıdacağı inandırıcı görünmür. Paşinyanın Moskva səfərini “növbətçi” səfər adlandırmaq yerinə düşər. Çünki bu təşəbbüs daha çox daxili və xarici təzyiqlərin balanslaşdırılması üçün atılmış addımdır, nəinki real strateji dönüşün başlanğıcı”, - deyə o öz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya səfər edəcək.

Töhfə Səməd

FOTOLAR

Paşinyanın “növbətçi” Moskva səfəri:  Kremlin qapısı bu dəfə niyə döyüldü? — 1
XƏBƏR LENTİ
18 IYUN 2026
DÇ-26: İkinci tura start verilir 12:28 TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olundu 12:21 Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu 10:11 Prezident: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 10:06 Prezident Bakıdan bəyan etdi: Biz o ölkələrə kömək etdik! 09:54 Prezident ölkənin qlobal uğurlarından danışdı 09:52 Prezidentdən dünyaya mesaj: Biz artıq sadəcə regional oyunçu deyilik! 09:34 İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır 09:26 Prezident: Azərbaycanın sabit, uğurlu inkişafı var 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 İlham Əliyev mühüm tədbirdə çıxış edir - CANLI 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Bütün Xəbərlər