Paşinyanın “iki stul” siyasəti: Ermənistanı hansı risklər gözləyir?

Paşinyanın “iki stul” siyasəti: Ermənistanı hansı risklər gözləyir?
11.12.2025 16:49

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin strateji hədəfi Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq deyil, Avropa İttifaqına (Aİ) üzv olmaqdır. O, eyni vaxtda həm Aİİ, həm də Aİ-yə üzv olmağın mümkün olmadığını desə də, hazırda Avropa ilə yaxınlaşmanı və Moskva ilə dialoqu paralel aparmağa çalışdıqlarını vurğulayıb. Almaniya kansleri Fridrix Merts Ermənistanın Aİ-yə inteqrasiyasını “tarixi fürsət” adlandırıb. Ancaq bunlara rəğmən Paşinyan Moskvada Aİİ Şurasının iclasında iştirak etməyə gedəcək.


Sual yaranır: Ermənistanın Aİ-yə inteqrasiya mesajları verib həm də Aİİ-də qalması nə dərəcədə realdır ? Bu onu hansı risklərlə qarşı-qarşıya qoya bilər?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Asif Nərimanlı bildirib ki, Ermənistan Aİ-yə üzvlük istəyinə baxmayaraq, iqtisadi risklərə görə hələlik Aİİ-dən çıxmağa tələsmir:


"Paşinyanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığını bildirməsi və paralel şəkildə Avropa İttifaqına inteqrasiyadan imtina etmədiyini vurğulaması Ermənistanın iki istiqamətdə oynadığı təəssüratını yaradır.

Ermənistanın strateji hədəfinin Aİ-yə üzvlük olduğu aydındır, lakin bu proses uzunmüddətli bir mərhələ tələb edir. Bu müddətdə iqtisadi riskləri minimuma endirmək üçün İrəvan Aİİ-dən dərhal çıxmağı düşünmür. Çünki Ermənistan rəhbərliyi də, Avropa tərəfi də yaxşı anlayır ki, Aİİ-də qalmaqla Aİ-yə üzvlük eyni vaxtda mümkün deyil və Rusiya bu mövqeyi dəfələrlə açıq şəkildə ifadə edib. Buna görə də Ermənistan yaxın perspektivdə iki seçimdən birini etməli olacaq".

Onun sözlərinə görə, Ermənistan iki xətti paralel aparmağa məcburdur:

"Hazırkı mərhələdə Paşinyanın siyasəti belədir: Aİ-yə inteqrasiyanın uzun çəkdiyi dövr ərzində Ermənistan iqtisadi maraqlarının zərər görməməsi üçün Aİİ-də qalır. Bu səbəbdən həm Avropa, həm də Moskva ilə paralel dialoq aparmaq barədə dedikləri də bu strategiyadan qaynaqlanır. Burada əsas məsələ Ermənistanın real iqtisadi alternativə malik olub-olmamasıdır".

O, eyni zamanda vurğulayıb ki, iqtisadi müstəvidə eyni təcrübə yoxdur. Aİ-nin maliyyə dəstəyi Ermənistanın iqtisadi strukturunu ciddi şəkildə dəyişəcək miqyasda deyil. Ermənistanın əsas iqtisadi çıxış yolu Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülh müqaviləsinin imzalanması nəticəsində Avropa bazarına coğrafi çıxış əldə etməkdir. Bu isə həm Bakı ilə sülhün, həm də Ankara ilə normallaşmanın tamamlanmasını tələb edir və ciddi zaman istəyir.

"Bu səbəbdən Ermənistan hələ də Aİİ bazarından asılıdır. Ermənistan iqtisadiyyatının əsas həcmi məhz bu birliklə əlaqəlidir. Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsi Aİİ bazarının itirilməsi deməkdir ki, bu da ölkə üçün ağır iqtisadi zərbə ola bilər".

O əlavə edib ki, Paşinyan Ermənistanın konstitusiyasının dəyişdirilməsi və sülh müqaviləsinin imzalanmasını 2026-cı il parlament seçkilərindən sonra gündəmə gələcəyini deyib. Bu o deməkdir ki, növbəti bir il ölkənin gələcək geosiyasi seçimi üçün həlledici olacaq.

A.Nərimanlı sonda vurğulayıb ki, əgər Ermənistan Bakı ilə sülhə nail olar və Aİ-yə inteqrasiya istiqamətində siyasi qərarlar verərsə, Rusiya Aİİ-dən çıxmaq məsələsini gündəmə gətirə və buna sərt reaksiya verə bilər. Bu isə İrəvan üçün çox ciddi iqtisadi risklər yaradar. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Все новости