Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır"

Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır"
04.11.2025 12:41

Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasından namizədliyini irəli sürüb.

Bundan başqa, Baş nazir Nikol Paşinyan, keçmiş prezident Robert Köçəryan, keçmiş Ombudsman Arman Tatoyan və həbsdə olan oliqarx Samvel Karapetyan da seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Beləliklə, 2026-cı il seçkiləri Ermənistan siyasətində ciddi rəqabət və yeni qüvvələr nisbəti ilə müşayiət olunacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Paşinyan rəqiblərini zəiflədir, öz mövqeyi isə güclənir:

“Əvvəlcə qeyd edim ki, Ermənistanda hazırda hakim partiya daha çox şanslı görünür və digər alternativ qüvvələrin, xüsusilə revanşistlərin təmsilçilərinin hakimiyyətə gəlmə ehtimalı kifayət qədər aşağıdır. Hazırda Baş nazir Paşinyanın "Real Ermənistan" konsepsiyası çərçivəsində apardığı prinsipial siyasətin daha effektiv olması üçün daha radikal addımlar atılır. Xüsusilə bu konsepsiyaya qarşı çıxan və "Böyük Ermənistan" ideologiyasının daşıyıcıları — kilsə və digər revanşist qrupların sıradan çıxarılması prosesi gedir”.

Siyasi şərhçi bildirib ki, kilsəyə qarşı atılan addımlar Paşinyanın seçkiyə qədər hakim partiya üçün olan maneələri aradan qaldırmaq məqsədi daşıyır və növbəti mərhələdə erməni kilsəsi və lobbisinə verilmiş konstitusion hüquqlar da böyük ehtimalla ləğv ediləcək:

“Təbii ki, bu, ənənəvi erməni ideologiyasının davamında maraqlı olan qrupları narahat edir və onlar müxtəlif yollarla alternativlər yaratmağa, hökumətə təzyiq etməyə cəhd göstərirlər. İndiyə qədər xüsusilə kilsə tərəfindən hökumətin devrilməsi istiqamətində atılan addımlar hər kəs tərəfindən müşahidə olundu və fiasko ilə nəticələndi”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, hazırda hökumətin əlində daha ciddi rıçaqlar mövcuddur ki, erməni kilsəsi tam olaraq siyasi səhnədən sıxışdırılıb çıxarılsın. Yaxın perspektivdə bununla bağlı real addımlar müşahidə olunacaq.

Ekspert hesab edir ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət, xüsusilə sülh prosesi ilə bağlı pozitiv meyillər cəmiyyətdə də müsbət qarşılanır:

“Təbii ki, birmənalı fikir yoxdur, amma bütövlükdə hökumətə kifayət qədər dəstək göstərilməsi Paşinyanın siyasətinin cəmiyyət tərəfindən qəbul edildiyini göstərir. Ona görə də növbəti mərhələdə düşünürəm ki, Paşinyan hökuməti yenidən qalib gələcək”.

Onun fikrincə, əgər Ermənistanı fəlakətə aparan düşüncə yenidən hakimiyyətə gələrsə, bu, dövlətçiliyin mövcudluğunu sual altına sala bilər:

“Mövcud reallığa uyğun olmayan və indiyə qədər Ermənistanı fəlakətə sürükləyən siyasi qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan üçün yenidən faciəyə səbəb ola bilər. Hazırkı hökumətin kifayət qədər güclü olduğu və ictimai dəstəyə malik olduğu görünür. Bu baxımdan Paşinyan hökumətinin 2026-cı il seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

Jalə Rövşən


ФОТО

Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır" — 1
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Все новости