Paşinyan hökuməti son addımları buna görə atır - Natali Aleksanyan

Paşinyan hökuməti son addımları buna görə atır - Natali Aleksanyan
30.01.2026 16:12

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfinə Sədərək–Yerasx dəmir yolu layihəsi ilə bağlı müraciət edib. 


O, regionda gedən proseslərlə bağlı qərarların daha da gecikdirilməməsinin vacibliyinə diqqət çəkib.

Paşinyan bildirib ki, əgər Rusiya tərəfi nəzərdə tutulan investisiyaları həyata keçirməzsə, Ermənistan müvafiq infrastruktur hissələrini öz üzərinə götürərək layihəni müstəqil şəkildə icra edəcək.

Erməni jurnalist Natali Aleksanyan TodayPress TV-yə açıqlamasında Nikol Paşinyan hökumətinin son addımlarının təsadüfi olmadığını bildirib:

“Paşinyan hökumətinin atdığı addımlar spontan bəyanatlar deyil, uzun müddət ərzində formalaşmış dövlət təfəkkürünün nəticəsidir. Bu, nadir hallardan biridir ki, Ermənistan təzyiqlərə reaksiya vermir, əksinə, öz gündəliyini özü formalaşdırır.

Paşinyanın gücü məhz bundadır: o, illər boyu hamının bildiyi, lakin dilə gətirməyə cəsarət etmədiyi bir həqiqəti açıq şəkildə deməyə qərar verən ilk rəhbərlərdən biridir — Ermənistan strateji infrastrukturu başqalarının iradəsindən asılı olduğu halda inkişaf edə bilməz. Yollar, dəmir yolları, kommunikasiya xətləri dövlətin onurğa sütunudur və mövcud hökumət nəhayət onları xarici nəzarət obyekti kimi deyil, suverenliyin aləti kimi dəyərləndirməyə başlayıb”.

N.Aleksanyanın sözlərinə görə, Paşinyan hökumətinin mövcud davranışı siyasi yetkinliyin göstəricisidir:

“Paşinyan hökumətinin bu gün etdikləri siyasi yetkinliyin təzahürüdür. Səs-küy salmadan, isterikasız, ucuz anti-Rusiya şüarları olmadan sadə bir şərt irəli sürülür: ya dəqiq öhdəliklər və vaxt çərçivəsi olan tərəfdaşlıq, ya da Ermənistan müstəqil şəkildə irəliləyir. Bu, güclü dövlətin dilidir”.

Erməni jurnalist Rusiyaya ünvanlanan mesajın mahiyyətinə də toxunub:

“Rusiyaya ünvanlanan mesaj hesablanmış və vaxtında verilmişdir. Heç kim təhqir olunmur, lakin hamı anlayır ki, köhnə mexanizmlər artıq işləmir. Prosesi uzatmaq artıq təsir vasitəsi kimi deyil, imtina kimi qəbul olunur. Hökumət də buna düzgün reaksiya verir”.

N.Aleksanyan xüsusilə Paşinyanın qorxu üzərindən siyasət aparmadığını vurğulayıb:

“Xüsusilə vacib olan odur ki, Paşinyan qorxu üzərindən oynamır. O fikirləşmir ki, Rusiya incisə nə olacaq? O deyir ki, dövlət kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, irəli getməyə borcludur. Bu, müvəqqəti məmurun deyil, liderin düşüncə tərzidir”.   

Onun fikrincə, hökumət regional və geosiyasi dəyişiklikləri də düzgün oxuyur:  


“Hökumət zamanın məntiqini də anlayır. Region dəyişir, geosiyasi mərkəzlər yenidən bölüşdürülür və Ermənistan artıq gözləyən tərəf rolunda qalmağa özünə rəva görə bilməz. Paşinyan təşəbbüsü ələ alır və məhz bu addım illər boyu erməni dövlətçiliyində çatışmırdı”.

Natali Aleksanyan prosesin mahiyyətini belə yekunlaşdırıb:

“Bu, Rusiyaya qarşı mübarizə deyil, asılılığa qarşı mübarizədir. Burada Nikol Paşinyanın və onun komandasının rolu həlledicidir. Tarix bu mərhələdə çox sadə olacaq: ya sən öz ölkəni idarə edirsən, ya da sənin ölkəni başqaları idarə edir. Bu hökumət birinci yolu seçdi. Buna görə də o, şübhə deyil, dəstəyə layiqdir”.

Erməni jurnalist sonda regional proseslərdə siyasi iradənin rolunu da qeyd edib:

“Ayrıca olaraq, nümayiş etdirdikləri siyasi iradəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürümü bildirirəm. Unutmamaq lazımdır ki, ilk addım hörmətli Prezident İlham Əliyev tərəfindən atıldı — Rusiya qoşunları Qarabağı tərk etdi”. 

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости