"Orban səmimidirsə, özünü Ukraynanın yerinə qoysun!" – Politoloq

"Orban səmimidirsə, özünü Ukraynanın yerinə qoysun!" – Politoloq
23.02.2026 20:20

“Ukraynanın planı müharibənin dayanmamasıdır. Çünki Kiyevdə yaxşı başa düşürlər ki, müharibə bitsə, Ukraynanın maliyyələşdirilməsi də dərhal dayanacaq”.  

Bunu Macarıstanın baş naziri Viktor Orban özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Maraqlıdır, müharibənin uzanmasının tərəflər üçün siyasi və iqtisadi dividendləri varmı? Əgər varsa, bu hansı aktorlar üçün daha aktualdır?

VETO HÜQUQUNDAN İSTİFADƏ 

Mövzunu TodayPress TV-yə politoloq Elçin Xalidbəyli şərh edib. 


Analitik qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban əsasən rusiyayönümlü mövqe tutması ilə diqqəti çəkir: 

“Əksər hallarda Avropa Birliyinin Ukraynaya dəstək vermək üçün hazırladığı qərarlara müqavimət göstərir, hətta bəzi hallarda veto hüququndan belə istifadə edir. Eyni zamanda Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyasətini də sərt şəkildə tənqid edir və sanksiya paketlərini əngəlləməyə çalışan addımlar atır. 

Yəni, faktiki olaraq Macarıstan Rusiyanın Avropa Birliyi daxilindəki yaxın müttəfiqi kimi davranır. Ona görə də Orbanın açıqlamaları mövcud situasiyaya qətiyyən adekvat deyil, eyni zamanda beynəlxalq hüquq normalarını da təmsil eləmir”.

ORBANIN GÜNAHLANDIRMASI QƏRƏZLİDİR

Ekspert bildirib ki, Orbanın Ukraynanı savaşı uzatmaqda günahlandırması qərəzlidir: 

"Çünki indiki mərhələdə savaşı uzadan Ukrayna yox, məhz Rusiyadır. Ukraynanın ərazilərini işğal edən Rusiyadır və Rusiya Ukrayna ərazilərini azad etməkdən imtina edir. Müharibənin dərhal bitməsinin ən asan və hüquqi yolu ondan ibarətdir ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərini geri qaytarsın və bununla da məsələ böyük ölçüdə həll olunsun". 

MACARISTANIN ZİDDİYYƏTLİ SİYASƏTİ


E.Xalidbəyli onu da vurğulayıb ki, Viktor Orbanın Rusiyaya loyal, Ukraynaya isə tənqidi mövqe sərgiləməsi Macarıstanın ziddiyyətli siyasətini göstərir: 

"Ancaq nədənsə Viktor Orban Rusiyaya bu barədə qətiyyən irad bildirmir. Əksinə Rusiyanı dəstəkləyir, amma Ukraynanı öz ərazilərini müdafiə etdiyinə görə, öz ərazilərini Rusiyaya güzəştə getmədiyinə görə tənqid edir. Rusiyadan təbii qaz almaq üçün Ukraynanı hədələyir ki, "Drujba" qaz kəmərinin fəaliyyətini bərpa eləsin. Yəni, Macarıstanın çox qəribə bir mövqeyi var". 

SİYASİ EMPATİYA

Politoloq Macarıstanın siyasi empatiya qurmalı olduğunu diqqətə çatdırıb:

"Əgər Orban doğrudan da səmimidirsə, onda Macarıstanı Ukraynanın yerinə qoymalı idi. Rusiya Macarıstanın ərazilərini işğal etmiş olsaydı, o bir baş nazir kimi “Macarıstanın ərazilərini Rusiyaya verərdimi?” kimi bir suala cavab verməli olacaqdı". 

O, əlavə edib ki, digər tərəfdən Orbanın savaş bitəcəyi təqdirdə Ukraynaya yönəlik maliyyə yardımlarının dayanacağı ilə bağlı yanaşma tərzi də yanlışdır. Çünki Avropa Birliyi Ukraynanı qismən üzvlüyə qəbul etmək niyyətini artıq bəyan edib, halbuki Orban bu niyyətə də etiraz edir. Əgər Avropa Birliyi bu niyyətini reallaşdırarsa, savaş bitsə də, bitməsə də Ukrayna AB-dən maliyyə dəstəyini almaqda davam edəcək. 

E.Xalidbəyli sonda vurğulayıb ki, Orban hazırda faktiki olaraq Avropanın ən rusiyayönümlü siyasi lideridir və ondan başqa daha bir neçə Şərqi Avropa dövləti Macarıstanın bu mövqeyini təkrar edir: 

"Bu baxımdan hesab etmək olar ki, Viktor Orban, yəni Macarıstanın Baş naziri qətiyyən səmimi deyil və Ukraynaya qarşı da açıq-aşkar qərəzli mövqe tutmaqla yanaşı, Rusiyanı da birmənalı şəkildə dəstəkləyir".  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Все новости