Nazirdən ABŞ-yə ismarıc: 907-ci düzəliş nə vaxt ləğv olunacaq? "Vəd var, əməl yox"

Nazirdən ABŞ-yə ismarıc: 907-ci düzəliş nə vaxt ləğv olunacaq? "Vəd var, əməl yox"
26.12.2025 17:45

"Bizim gözləntimiz “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, bunun üçün münbit şərait var. 


Maraqlıdır,  yaxın zamanda düzəlişin tam ləğvi gözlənilirmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki,  907-ci düzəliş qəbul olunsa da, ABŞ illərdir onu ləğv etməyib:



"Azadlığın Müdafiəsi Aktına 907-ci düzəliş 1992-ci ilin sonunda qəbul olunub. Ondan sonrakı dövrdə dəfələrlə Amerika Birləşmiş Ştatlarının administrasiyası ulu öndər Heydər Əliyevə bu düzəlişin ləğv olunacağına dair söz verib, lakin vədlər icra edilməyib".

Onun sözlərinə görə, hətta 1996-cı ilin dekabrında Lissabonda keçirilən sammitdə Heydər Əliyev ABŞ-nin vitse-prezidenti Albert Qora qarşı bu məsələ ilə bağlı etirazını qəti şəkildə bildirib. Neçə illərdir verilən vədlərə baxmayaraq, 907-ci düzəliş hələ də ləğv olunmayıb.


Analitik qeyd edib ki, 907-ci düzəlişin ləğvi 2026-cı ilin sonuna qədər mümkündür, sonra çətinləşəcək:

"Tramp administrasiyası aktiv şəkildə əvvəlki siyasəti dəyişməyə çalışır və Azərbaycana münasibətdə də dəyişikliklər müşahidə olunur. Bu baxımdan, 2026-cı ilin sonlarına qədər 907-ci düzəlişin ləğv olunmasına ümid var. Əgər ləğv edilməsə, ondan sonrakı dövrdə bunun həyata keçirilməsi çətinləşəcək, çünki ilin sonunda Nümayəndələr Palatası tamamilə yenidən seçiləcək və Senatın üçdə biri dəyişəcək".


O, vurğulayıb ki, Trampın nüfuzu azalır, Nümayəndələr Palatası və Senatda demokratların üstünlük qazanma ehtimalı artır. Bu halda Trampın istədiyi qərarları reallaşdırması çətinləşəcək.

Abutalıb Səmədov sonda əlavə edib ki, 2026-cı il seçkilərinə qədər 907-ci düzəlişin ləğvi üçün addımlar atılacağı ümid edilir: 

"Buna görə də ümid edirik ki, gələn ilin sonunda ABŞ-da keçiriləcək seçkilərə qədər Tramp administrasiyası 907-ci düzəlişi ləğv etmək üçün zəruri addımları atacaq və uzunmüddətli mübarizədən sonra Azərbaycan məqsədinə nail olacaq".

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Все новости