“Müharibəni dayandıracaq yeganə platforma…” — Türkiyə yenidən prosesin mərkəzinə qayıdır

“Müharibəni dayandıracaq yeganə platforma…” — Türkiyə yenidən prosesin mərkəzinə qayıdır
19.11.2025 15:15

“Türkiyənin Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində oynadığı rol həlledicidir. Taxıl sazişindən tutmuş əsir mübadiləsinə qədər aparılan bütün humanitar proseslər göstərir ki, münaqişənin sona çatdırılması üçün ən real platforma məhz Türkiyədir”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin ən gərgin günlərində ABŞ prezidenti Donald Trampın qeyri-adekvat davranışlarından sonra ilk olaraq Türkiyəyə səfər etməsi təsadüfi deyildi:


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onu çətir altında qoruması sırf simvolik jest deyildi — bu, siyasi mesaj idi: Türkiyə Ukraynanın yanındadır. Həmin jestdən sonra Avropa liderləri fəallaşdı və Trampın Kiyevə münasibətdə sərt xəttini yumşaltmaq mümkün oldu”.

Azər Qasımov hesab edir ki, Zelenskinin növbəti Ankara səfəri ABŞ-nin “Rosneft” və “Lukoyl” şirkətlərinə sanksiya tətbiqi fonunda yeni geosiyasi situasiya yaradıb:

“Bu konfiqurasiya Türkiyənin danışıqlar prosesinə yenidən aktiv daxil olması üçün əlverişlidir. Ərdoğanın həm Rusiya, həm də Ukrayna ilə institusional əlaqələri var və bu, masa arxasında dönüş yaratmağa imkan verir”.

Ekspertə görə, əsas məsələ Zelenskinin danışıqlara dair mövqeyinin müəyyənləşdirilməsidir:

“Rusiya ilə mümkün razılaşmanın sərhədləri barədə Zelenskiyə ən düzgün məsləhəti məhz Ərdoğanın verə biləcəyi gözləniləndir. Müharibədən çıxış üçün müəyyən güzəştlər qaçılmazdır. Artıq prioritet “müharibəni sonadək davam etdirmək” yox, “onu mümkün qədər tez dayandırmaq” olmalıdır”.

Politoloq, həmçinin Tramp faktoruna diqqət çəkib:


“Hazırlanacaq bütün mesajlar Trampa da çatdırılmalıdır. Amma bunu onun anlayacağı dildə izah edəcək yeganə lider Ərdoğandır. Çünki Trampın Zelenski ilə ünsiyyət tərzi amiranə, emosional və çox vaxt qeyri-adekvatdır”.

Azər Qasımov sonda qeyd edib ki, məhz Türkiyənin vasitəçiliyi savaşın sonlandırılması üçün real yol xəritəsi formalaşdıra bilər və hazırkı şəraitdə Ankara ən kritik oyunçuya çevrilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski  noyabrın 19-da Türkiyəyə səfər edib. 

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости