Moskva üçün "qırmızı xətt": Tehran nüvə silahına sahib olsa...

Moskva üçün "qırmızı xətt": Tehran nüvə silahına sahib olsa...
18.03.2026 18:15

Pentaqonun keçmiş rəsmisi, polkovnik Lourens Vilkerson diqqətçəkən açıqlama ilə çıxış edib.


O, bildirib ki, Rusiya İranla strateji tərəfdaşlıq etsə də, Tehranın nüvə silahına sahib olmasında maraqlı deyil.   

Həmçinin Moskva Yaxın Şərqdə İsrailin yeganə nüvə statuslu dövlət olaraq qalmasını regiondakı mövcud balans üçün daha əlverişli hesab edir. 

“Rusiyanın bu mövqeyi regionda nüvə silahının “dominant effekti” yaratmaq qorxusundan qaynaqlanır. Belə ki, İranın nüvə başlıqları əldə etməsi Türkiyə və Səudiyyə Ərəbistanını da analoji addımlar atmağa sövq edə bilər. Xüsusilə nüvə silahına sahib bir Türkiyə faktoru Rusiyanın postsovet məkanında, xüsusən də Mərkəzi Asiya və Qafqazda strateji maraqlarına ciddi təhdid kimi qiymətləndirilir”.   

Maraqlıdır, Moskva üçün İranın nüvə silahına sahib olması niyə "qırmızı xətt" hesab olunur və bu, Rusiya-İran strateji müttəfiqliyinə necə təsir edir?   

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya və İran arasındakı münasibətlərə yanaşmalar həmişə ziddiyyətli olub:  


“Hər iki dövlət eyni zamanda həm strateji müttəfiq, həm də regional rəqib kimi xarakterizə olunur və bu təsvirlərin hər biri kifayət qədər ciddi arqumentlərlə əsaslandırılır. Bu səbəbdən, Rusiyanın İranın nüvə silahına sahib olmasında maraqlı olmadığını birmənalı şəkildə iddia etmək çətindir. Təbii ki, İranın nüvə statusu qazanmasında Rusiyanın maraqlarına zidd olan məqamlar var. Nüvə silahına sahiblənən bir İran qlobal gücə çevrilərək Rusiyanın təsir dairəsindən çıxa və Moskva ilə tamamilə fərqli münasibətlər sisteminə keçə bilər. Rusiyanın strateji marağı isə İranın daim ondan asılı vəziyyətdə qalmasıdır”.

Analitik bir maraqlı məqamı da diqqətə çatdırıb. Onun fikrincə, digər tərəfdən, güclü və nüvə silahlı bir İranın mövcudluğu Rusiyanın regional maraqlarına xidmət edə bilər. Belə bir ssenaridə Rusiya həm Türkiyəyə, həm də ABŞ-nin yaxın müttəfiqi olan İsrailə qarşı İrandan bir balanslaşdırıcı faktor kimi istifadə etmək imkanı qazanar.


“Unutmaq olmaz ki, İranın nüvə texnologiyası sahəsindəki ilk addımları məhz Rusiya tərəfindən dəstəklənib. İddialara görə, İranın bu sahədəki nailiyyətlərində Rusiyanın ötürdüyü texnoloji yeniliklər həlledici rol oynayıb. İranda iki atom elektrik stansiyasının tikilməsi, uranın zənginləşdirilməsi üzrə obyektlərin inşası və müasir avadanlıqlarla təchiz edilməsi birbaşa Rusiyanın iştirakı ilə reallaşdırılıb. Bütün bunları nəzərə alanda, Rusiyanın İranla bağlı maraqlarının kəskin ziddiyyətlər təşkil etdiyi aydın görünür. Rusiyanın İranın nüvə silahına sahib olmasına münasibəti sabit deyil. Bu, böyük qlobal oyunun bir parçasıdır. Moskva kimi böyük güclər bu cür proseslərdə zamana və yaranmış situasiyaya görə hərəkət edirlər. Elə bir şərait yarana bilər ki, İranın nüvə statusu Rusiya üçün təhlükə törətsin, lakin başqa bir vəziyyətdə Rusiya bunda birbaşa maraqlı tərəf kimi çıxış edə bilər. Mövcud reallıqda bu məsələ barədə birmənalı qənaətə gəlmək mürəkkəbdir”, - deyə ekspert fikrini sonlandırıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости