Minlərlə ölü, boşa çıxan vədlər: İranda etirazçılar belə yarı yolda qoyuldu

Minlərlə ölü, boşa çıxan vədlər: İranda etirazçılar belə yarı yolda qoyuldu
23.01.2026 13:17

ABŞ Prezidenti Donald Tramp İrana hərbi müdaxilə ehtimalının istisna olmadığını bildirib.

O, bunu Davosda dünya liderləri ilə görüşdən sonra ABŞ-yə qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib. 


Tramp Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə bağlı xəbərdarlıqlarını da təkrarlayıb.

Maraqlıdır, ABŞ-nin İrana hərbi müdaxiləsi nə dərəcədə gözləniləndir? Və bu, region üçün hansı riskləri yarada bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədovun fikrincə, ABŞ-nin İrana müdaxiləsi nüvə və raket proqramları ilə bağlıdır:


"Amerika Birləşmiş Ştatlarının İrana hərbi müdaxiləsi İranda baş verən etirazlardan əvvəl də gündəlikdə olub və bu gün də aktuallığını qoruyur. Çünki iki əsas məsələ üzrə razılığa gəlmək mümkün olmayıb.

Birincisi, İranın nüvə proqramıdır.

İkincisi isə onun ballistik raket proqramıdır ki, bu da Amerika Birləşmiş Ştatlarını və İsraili qətiyyən qane etmir".

Analitik qeyd edib ki, İran nüvə və raket tələblərinə güzəşt etmir: 

"İrandan tələb olunur ki, uranı ölkə daxilində zənginləşdirməsin; ya onu hansısa dövlətdən alsın, ya da bölgədə müştərək konsorsium yaradılsın və həmin konsorsiuma Amerika Birləşmiş Ştatları Atom Agentliyi ilə birlikdə nəzarət edə bilsin. İran isə bunu qəbul etmir.

Ballistik raketlərlə bağlı məsələ üzrə də razılığa gəlmək mümkün olmayıb. Amerika Birləşmiş Ştatları bu raketlərin sayının azaldılmasını tələb edir, eyni zamanda prosesə nəzarəti öz üzərinə götürmək istəyir. İran isə burada da güzəştə getmir".

A.Səmədov vurğulayıb ki, İranda etirazlar boğulub və Qərb bundan istifadə etməyə çalışıb: 


"İranda baş verən etirazlardan Amerika Birləşmiş Ştatları və İsrail faydalanmağa çalışdılar. Bəyan edildi ki, etirazçılar inzibati binaları ələ keçirsinlər və kömək artıq yoldadır. Lakin sonradan məlum oldu ki, bu dəfə də Qərb, xüsusən Amerika Birləşmiş Ştatları verdiyi vədlərin arxasında durmadı. Etirazçılara qarşı güc tətbiq olundu, minlərlə insan öldürüldü və etiraz hərəkatı yatırıldı".

Ekspert hesab edir ki, əsas problem isə hələ də qalmaqdadır:

"İran güzəştə getməsə, yaxın vaxtlarda ölkəyə qarşı mütləq aviasiya və raket zərbələrinin endiriləcəyi ehtimal olunur".

O, sonda əlavə edib ki, ABŞ və İsrail İrana qarşı hərəkət edə bilər:

"Bunun nəticəsi nə ola bilər? Ötən ilin yayında Amerika Birləşmiş Ştatları və İsrailin bu məqsədlə hansı addımlar atdıqlarını gördük. Yəqin ki, bu dəfə də oxşar, bəlkə də daha genişmiqyaslı addımlar atılacaq və bölgə üçün böyük risklər yaranmayacaq. Hər halda biz buna ümid edirik və bunu arzulayırıq". 

Qeyd edək ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ni günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini deyib.  Hazırda İranda iğtişaşlar zamanı  rəsmi olaraq 20.000 insanın həlak olduğu bildirilir.  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 Все новости