Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”

Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”
25.07.2025 11:27 Təhlil

“Azərbaycanın Rusiya ilə münasibətlərində yaşanan son gərginliklərə baxmayaraq, Bakı tərəfi əməkdaşlığın davam etdirilməsində və problemlərin diplomatik yolla həllində maraqlıdır”.       

Deputat Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və qarşılıqlı fəaliyyət göstərməyi konstitusion hədəflərindən biri kimi müəyyən edib. Azərbaycan xarici siyasətini beynəlxalq hüququn prinsipləri əsasında qurmağa üstünlük verir və bu çərçivədə Rusiya ilə münasibətlərin də eyni prinsiplərə uyğun davam etməsini vacib sayır.  

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu münaqişələrin həllində müharibə yolunu istisna edir. Azərbaycan hətta 30 il ərzində ərazilərini işğalda saxlamış Ermənistanla belə əməkdaşlıq mühitinin təşəbbüskarı olub. 200 ildən artıq tarixi, hüquqi, siyasi, mədəni və humanitar əlaqələrə malik olduğumuz Rusiya ilə münasibətlərin hər hansı formada korlanmasında maraqlı deyilik”. 

Deputat, hazırda 2 ölkə arasında gərginliklərin müşahidə olunduğunu, lakin bunun Bakının siyasətindən qaynaqlanmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gərginliyin səbəblərinin aradan qaldırılmasını və münasibətlərin normallaşmasını arzulayır.   

“Rusiyanın Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduqdan sonra bu cinayəti ört-basdır etməsi, daha sonra bu ölkədə yaşayan Azərbaycan diasporunun fəallarına qarşı terror siyasəti iki ölkə arasında münasibətlərin normallaşması üçün həllini gözləyən məsələlərdir”. 

Bununla belə, o bildirib ki, Azərbaycan cəmiyyəti və mediası bu məsələlərə təmkinlə yanaşır və dövlət maraqlarının populist bəyanatlarla deyil, praqmatik yanaşmalarla təmin olunmasını dəstəkləyir.  

“Rusiya reallıqları düzgün qiymətləndirməli və öz maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində təmin edə biləcəyini anlamalıdır”, - deyə deputat fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
16 IYUN 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlər üçün yeni standart 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Bütün Xəbərlər