Məsud, Mustafa və Meysəm yox, Müctəba — Tehran "qurban" seçdi?

Məsud, Mustafa və Meysəm yox, Müctəba — Tehran "qurban" seçdi?
10.03.2026 17:46

İranda Müctəba Xameneinin yeni ali dini rəhbər seçilməsi müxtəlif suallar və müzakirələr doğurub. 

Daha əvvəl mediada onun atası Əli Xamenei ilə birlikdə mümkün hədəf siyahısında olduğu, yəni öldürülməsi barədə əmrin verildiyi iddiaları da yayılmışdı. 


Digər tərəfdən, Əli Xameneinin yeganə oğlu Müctəba deyil. Başqa 3 oğlu — Məsud, Mustafa və Meysəm ölkənin dini, ideoloji, təhlükəsizlik və iqtisadi güc strukturlarında imtiyaza malikdir. Xüsusilə böyük qardaşı Mustafa Hüseyni Xamenei dini nüfuz baxımından daha güclü fiqurlardan biri kimi qiymətləndirilir. 

Bu fonda sual yaranır: Tehran niyə məhz Müctəbanı seçdi və bu qərar hansı siyasi məntiqə əsaslanır? İran onu həqiqətənmi “qurban” kimi önə çıxarıb?


Sözügedən məsələni TodayPress TV -yə şərh edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bildirib ki, Müctəba Xameneinin İranın ali dini rəhbəri seçilməsi və ya onun hədəf olaraq göstərilməsi İranın siyasi sistemindəki güc dinamikalarını anlamaq baxımından vacibdir:


“İran İslam Respublikasında ali dini liderin seçimi təkcə bir ailə məsələsi deyil, eyni zamanda ölkənin təhlükəsizlik strukturları, İnqilab Keşikçiləri və dini-siyasi elita arasında formalaşan konsensusla bağlıdır. Müctəba Xameneinin atasının yanında uzun illər siyasi və dini təcrübə qazanması, eləcə də sistem daxilində etimad qazanması onun lider kimi seçilməsini mümkün edən amillərdən biridir.

Digər tərəfdən, Müctəbanın hədəf kimi göstərilməsi müəyyən mənada simvolik və taktiki məna daşıyır. Bəli, mediada yayılan xəbərlərə görə, əvvəlki hədəf siyahılarında onun da adı hallanıb. Lakin İranın bunu bilərək Müctəbanı “qurban seçməsi” kimi şərh etmək bir qədər sadələşdirilmiş yanaşma olardı. Sistem və ailə daxilində digər övladların daha şanslı hesab edilməsi barədə fikirlərin nə dərəcədə reallığı əks etdirdiyini də qəti şəkildə söyləmək çətindir. Hər halda Müctəbanın seçilməsi fərdi qurbanlıqdan daha çox strateji qərar xarakteri daşıyır”.


Ekspertin sözlərinə görə, dini nüfuz ali rəhbərin seçilməsində hələ də əsas meyarlardan biri hesab olunsa da, Müctəbanın seçilməsi onun dini nüfuzundan daha çox siyasi uyğunluğunu, atasının təcrübəsi ilə müəyyən sinxronluğu və elitanın ona göstərdiyi etimadı əks etdirir. Başqa sözlə, o, “qurban” kimi deyil, sistem daxilində balansı qoruyan və eyni zamanda müəyyən riskləri idarə etməyə qadir lider kimi önə çıxarılıb:

“Müctəbanın seçilməsi həm də xarici və daxili auditoriyaya müəyyən mesaj verir. Tehran göstərmək istəyir ki, lider seçimi yalnız şəxsi maraqlar və ya ailə sıralaması ilə müəyyən edilmir. Yəni Müctəbanın böyük qardaşı Mustafa Hüseyni Xameneinin dini baxımdan daha güclü hesab edilməsi həlledici faktor sayılmayıb. Burada əsas meyar yeni liderin ölkənin sabitliyi və xarici təhdidlər qarşısında hazırlığıdır. 

Bununla yanaşı, ailədəki digər övladların nisbi “şanslı” hesab olunması barədə iddialar təhlükəsizlik və diplomatik strategiyanın elementi kimi də qiymətləndirilə bilər. Başqa sözlə, İran göstərmək istəyir ki, ABŞ və ya İsrail Müctəbanı hədəfə alsa belə, bu, sistemin davamlılığını dəyişməyəcək. İstənilən halda ölkənin rəhbərliyi Xamenei siyasi xəttinin davamçısı olacaq”.


R.Bayramov sonda əlavə edib ki, bu baxımdan Müctəba Xameneinin seçilməsini qurbanlıq və ya təsadüfi hədəf kimi deyil, sistemin daxili mexanizmlərinin, elitanın konsensusunun və dini-mədəni kontekstin nəticəsi kimi qiymətləndirmək daha doğru olar.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Все новости