Madurodan istefa bəyanatı: Karakas ABŞ-Rusiya arasında...

Madurodan istefa bəyanatı: Karakas ABŞ-Rusiya arasında...
01.12.2025 12:31

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-yə 18 ay sonra hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirib. Vaşinqton isə bunu kifayət hesab etmir və Maduronun dərhal istefa verməsini tələb edir.  Maduronun təklifi ilə Vaşinqtonun dərhal dəyişiklik tələbi arasında yaranan uçurum tərəflərin real kompramisə getmədiyini göstərir. 


Maraqlıdır, bu, Venesuelada gələcək siyasi dinamika hansı istiqamətdə irəliləyəcək? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, ABŞ Venesuela Prezidentinin istefası və hakimiyyətin mümkün qədər tez təhvil verilməsi üçün müxtəlif addımlar atır.


Maduroya təzyiq üçün Venesuelanın hava məkanını bağlamağa hazırlaşır:

"ABŞ administrasiyası prosesin sürətləndirilməsi üçün radikal addımlar atmağa hazırlaşır. Tramp elan edib ki, yaxın müddətdə Venesuelanın hava məkanı bloklanacaq – ölkəyə uçuşlar dayandırılacaq, hava nəqliyyatı tam şəkildə iflic ediləcək. Bu addım Maduronun istefasını tezləşdirmək məqsədi daşıyır".

Onun sözlərinə görə, Maduro hazırda vaxt qazanır və mümkün müdaxiləyə qarşı güc qurumlarını hazırlayır:


"Maduro isə istefaya hazır olduğunu desə də, bunun üçün 1 il 8 ay vaxt istəyir. ABŞ isə bu müddəti qəbul etmir. Qərb mediasının yazdığına görə, Maduro bu möhlətlə vaxt qazanmağa çalışır və paralel şəkildə öz mövqeyini möhkəmləndirmək üçün addımlar atır. O, ölkədə hərbçilərə, xüsusi xidmət orqanlarına və hüquq-mühafizə strukturlarına göstəriş verib ki, ABŞ güc tətbiqi ilə onu devirməyə çalışarsa, ölkədə idarəetmənin tam şəkildə dağılması, parçalanma və qarşıdurmanın yaranması ehtimalına hazır olsunlar. Maduro beləliklə, mümkün müdaxilə sonrası ölkənin xaosa düçar ola biləcəyini qabardaraq prosesi çətinləşdirmək istəyir".

Analitik həmçinin vurğulayıb ki, ABŞ-nin Venesuelaya təzyiqlərini Tramp narkotrafiklə əlaqələndirsə də, beynəlxalq media bu izahı inandırıcı saymır. Əsas məqsədin Venesuelanın zəngin neft yataqları üzərində nəzarəti ələ keçirmək olduğu geniş şəkildə qeyd olunur.

Ş.Ağayev bildirib ki, Venesuela məsələsi ABŞ ilə Rusiya arasında siyasi bazarlığa çevrilə bilər: 


"Bu məsələ eyni zamanda ABŞ və Rusiya arasında mümkün siyasi bazarlığın predmeti də ola bilər. Ssenari belə ola bilər: ABŞ Venesuelada istədiyi nəticəni əldə edir, Rusiya buna ciddi reaksiya vermir və bunun əvəzində Ukrayna məsələsində müəyyən güzəştlər əldə edir. Bu ehtimal hazırda ekspert dairələrində geniş müzakirə olunur".

O hesab edir ki, bütün hallarda baş verənlər Latın Amerikasında geosiyasi düzənin dəyişməsinə səbəb ola bilər. Həmçinin ABŞ-nin Karib hövzəsində, xüsusilə də Venesuela üzərindən iqtisadi, siyasi və strateji mövqelərini gücləndirməsi gözlənilir.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Все новости