Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu - SENSASİON AÇIQLAMA

Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu -  SENSASİON AÇIQLAMA
04.07.2025 11:38 Təhlil

“Hazırda eyni vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqləri müşahidə edirik. Bu təsadüf ola bilməz. Deməli, ortada Rusiyasız geniş anlaşma var və Rusiyanın xüsusi xidmət orqanları da bunu artıq müəyyənləşdirib”. 

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Zəngəzur koridoruna ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

"Zəngəzur dəhlizinin xarici şirkətə həvalə edilməsi ilk olaraq Avropa Şurasının təklifi idi. Bu, Azərbaycan və Ermənistan arasında bir müddət münaqişə predmeti oldu. Bunu istəməyən qüvvələr də var idi və onların içində əsas yeri Rusiya və İran tuturdu. O vaxtdan bəri bu ideya o qədər də əhəmiyyətli və keçərli sayılmadığı üçün müzakirələr dayandırıldı. Həqiqətən də, ABŞ bu nəqliyyat kommunikasiyasına nəzarəti öz üzərinə götürmək istəsə, bunun mümkün ola biləcəyini düşünürəm. Çünki bu məsələ öncə Türkiyə və Azərbaycanla razılaşdırılmalıdır və əlbəttə ki, bu nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi Ermənistan rəhbərliyi də razılıq verməlidir".

Analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın son Türkiyə səfərinə diqqət çəkib:

"Bu səfər qəfil baş verdi və iki dövlət başçısı arasında görüş keçirildi. Görüşün nəticələri ilə bağlı isə ictimaiyyətə o qədər də dəqiq məlumatlar verilmədi. Deyilənə görə, görüşdə ikitərəfli münasibətlər, sərhədlərin açılması və Azərbaycan-Ermənistan sülh müqaviləsi kimi məsələlər müzakirə olunub. Ancaq düşünürəm ki, Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə daha bir çox mühüm məsələ, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi də ciddi şəkildə gündəmdə olub. Əgər təqdim olunan informasiyalar həqiqəti əks etdirirsə, bu məsələnin reallaşmasını məntiqli və mümkün hesab edirəm. ABŞ şirkətinin dəhlizə tam nəzarəti ələ alması, həm təhlükəsizlik baxımından, həm də prosedurların icrası üçün zəmanət kimi çıxış edə bilər. Əgər bu şirkət nəqliyyat-kommunikasiya sahəsində bütün mexanizmləri öz üzərinə götürərsə, bu, həm də müəyyən mənada çəkindirici təsir göstərəcək və toxunulmazlıq effekti yaradacaq. Belə olan halda nə İran, nə də Rusiya bu məsələyə birbaşa müdaxilə edə biləcək". 

N.Miri yaxın perspektivdə bu modelin Türkiyə, Azərbaycan və Ermənistan üçün sərfəli variant ola biləcəyini düşünür:

"Ağlabatan, real və keçərli variantdır. Ola bilsin ki, bu məsələ artıq razılaşdırılıb və indi onun icra mexanizmlərinin müəyyənləşdirilməsi mərhələsinə gəlinib. Bu istiqamətdə Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən total qanunsuz hücumlar da təsadüfi deyil. Nəqliyyat-kommunikasiya sisteminə dair yeni razılaşmanın Rusiyasız və birbaşa ABŞ şirkətinin iştirakı ilə baş tutması Rusiyanı ciddi narahat edən məsələdir. Bu tip təzyiqlər yalnız azərbaycanlılara deyil, Ermənistandakı hökumətə qarşı da müşahidə olunur. Artıq Ermənistanda hakimiyyəti devirmək məqsədilə düyməyə basıldığı görünür. Nikol Paşinyanın hökuməti bu cəhdlərin qarşısını almaq üçün fəallaşıb, xüsusi xidmət orqanları genişmiqyaslı ifşa prosesinə başlayıblar. Rusiyanın emissarı kimi tanınan milyarder Samvel Karapetyan həbs olunub. Kilsə ilə dövlət arasında münasibətlər o qədər gərginləşib ki, artıq katolikos II Qaregin başda olmaqla bir sıra din xadimlərinin yaxın zamanda kilsədən uzaqlaşdırılması gözlənilir. Düşünürəm ki, Nikol Paşinyan buna nail ola biləcək".

Ekspertin fikirincə, Rusiyanın eyni zamanda həm Ermənistana, həm də Azərbaycana təzyiqi təsadüfi ola bilməz:

"Hazırda eyni vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqləri müşahidə edirik. Bu, təsadüf ola bilməz. Deməli, ortada Rusiyasız geniş anlaşma var və Rusiyanın xüsusi xidmət orqanları da bunu artıq müəyyənləşdirib. Bu səbəbdən də təqdim olunan məlumatlar inandırıcı görünür. Hətta ABŞ şirkətinin iştirakı olmasa belə, müəyyən güzəşt xarakterli razılaşmanın Azərbaycan, Ermənistan və Türkiyə arasında mümkün olduğu qənaətindəyəm. Mövcud perspektivlər bunu göstərir və düşünürəm ki, bu anlaşma da sülh müqaviləsi kimi uzaqda deyil".

Qeyd edək ki, Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondu diplomatik mənbələrə istinadən iddia edib ki, Zəngəzur koridoruna ABŞ şirkəti nəzarət edəcək. Fond yazır ki, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılması üçün ABŞ şirkətlərindən birini "dəhlizin neytral qarantı" kimi təklif edib. ABŞ logistika şirkəti dəhlizdə məlumatların tərəflərlə paylaşılması, marşrut boyunca yük tranzitinin idarə edilməsi və monitorinqinə cavabdeh olacaq.  

Qiymət Mahir

FOTOLAR

Kremlin Bakıya və İrəvana qəzəbinin səbəbi bəlli oldu -  SENSASİON AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər