İrəvanda müharibə hesabatı: Paşinyanın mövqeləri güclənə bilər!

İrəvanda müharibə hesabatı: Paşinyanın mövqeləri güclənə bilər!
05.09.2025 16:12 Təhlil

Ermənistanın Milli Assambleyası 2020-ci ilin payızında Azərbaycanla baş vermiş 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq məqsədilə 2022-ci ilin fevralında müvəqqəti istintaq komissiyası yaradıb. 

Sözügedən komissiya hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının təşəbbüsü ilə təşkil olunub.

Komissiya müharibə zamanı və müharibədən əvvəl ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri ifadəyə çağırıb. 

Komissiyanın rəhbəri Andranik Koçaryan 2025-ci ilin sentyabr sessiyasının başlanğıcında hesabatın tam şəkildə ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Maraqlıdır, bu hesabatın cəmiyyətə açıqlanması seçki ərəfəsində Ermənistanın daxili siyasi proseslərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və birgə bəyannamənin imzalanması rəsmi İrəvan üçün də yeni reallıqlar yaradıb.


O bildirib ki, 2020-ci ildəki müharibə Ermənistan tərəfindən “müdafiə müharibəsi” kimi təqdim olunurdusa, Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması ilə bu narrativ daxili ictimai rəydə də tamamilə iflas edib. Ermənistan faktiki olaraq özü etiraf edir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayıb və həmin müharibə, əslində, təcavüzkar siyasətin nəticəsi olub. Bu isə hesabatın mahiyyətini dəyişir. Yəni sənəd artıq Ermənistanın illərlə apardığı işğalçı siyasətin ifşası kimi oxunacaq.

Hesabatda müharibəyə hazırlıq, diplomatik imkanların itirilməsi və ordunun idarə olunmasındakı çatışmazlıqlar göstəriləcəksə, bunların kökləri yalnız Ermənistanın Baş naziri Nikol Paşinyanın dövrünə deyil, həm də sabiq prezidentlər Robert Köçaryan və Serj Sarkisyan illərinə gedib çıxacaq. Bu cür olduğu təqdirdə həmin hesabat müxalifət üçün hökumətə qarşı silaha çevrilməkdən çox, əvvəlki rejimlərin ifşasına xidmət edən sənəd təsiri bağışlayacaq.

Parlamentarinin sözlərinə görə, seçki ərəfəsində isə bu, bir sıra nəticələr doğura bilər:

"Birincisi, daxili siyasi debatlarda müharibənin nəticələrinə görə, əsasən keçmiş hakimiyyət məsuliyyət altında qalacaq. Çünki Azərbaycanın ərazi bütövlüyünün tanınması göstərir ki, 30 ilə yaxın davam edən işğal siyasəti əsassız və dövlətə qarşı strateji fəlakət olub. Bu isə Köçaryan və Sarkisyan komandalarının “siyasi irsini” ciddi şəkildə zədələyir. Paşinyan isə özünü “müharibəni uduzan” yox, “işğal siyasətinin nəticələrini həll edən və reallığı qəbul edən” lider kimi təqdim edə bilər.

İkincisi, hesabatın açıqlanması Ermənistan cəmiyyətində psixoloji dönüş yarada bilər. İllərlə “qalibiyyət” təbliğatı ilə yaşayan cəmiyyət indi həm sənəd, həm də sülh sazişi vasitəsilə işğal faktını rəsmən qəbul edir. Bu da seçki prosesində müxalifətin hakimiyyəti “torpaq itkisi”ndə günahlandırmaq imkanlarını zəiflədir. Çünki artıq dövlət səviyyəsində Azərbaycanın suverenliyi tanınıb. Yəni revanşçı müxalifət istəsə də, keçmiş ritorikanı davam etdirə bilməz. Hətta etdirsə də, nəticə əldə edə bilməyəcək.

Üçüncüsü, Ermənistanın xarici siyasət konteksti dəyişib. Sülh sazişi və Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq arenada Paşinyan hökumətinə əlavə legitimlik qazandırıb. Hesabatın açıqlanması isə Ermənistanın yeni siyasi kursunun “tarixi əsaslandırılması” rolunu oynaya bilər: yəni işğal siyasəti yanlış idi, müharibə məğlubiyyətlə nəticələndi, indi isə çıxış yolu yalnız sülh və regional əməkdaşlıqdır".

E.Mirzəbəyli onu da əlavə edib ki, bu hesabat artıq Paşinyan hökumətinə qarşı deyil, əksinə, onun mövqelərini gücləndirən bir sənədə çevrilə bilər. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, həm də müharibənin təcavüzkar tərəfinin özü olduğunu etiraf etmiş olur. Seçkiqabağı dövrdə bu, Paşinyan üçün əlavə üstünlüklər yarada bilər. O, özünü məğlubiyyəti gizlədən və məsuliyyətdən yayınan lider kimi deyil, əksinə, reallığı qəbul edən, işğal siyasətinin ağır mirasını üzərinə götürən və sülh sazişi ilə ölkəni yeni mərhələyə çıxaran siyasi fiqur kimi təqdim edə bilər. Ermənistanın beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünü tanıması da bu arqumenti gücləndirir. Çünki artıq müharibə və onun nəticələri haqda mübahisələr “torpaq itkisi” kontekstindən “işğalın nəticələrinin aradan qaldırılması” kontekstinə keçir. 

"Hesabatın açıqlanması, həm də Ermənistanın xarici siyasət kursunun əsaslandırılması baxımından da əhəmiyyətlidir. Moskva ilə münasibətlərin soyuması və Qərblə inteqrasiyanın dərinləşməsi fonunda bu sənəd Paşinyan hökumətinin “yeni kursunu” legitimləşdirən siyasi alətə çevrilə bilər. Beləliklə, seçki ərəfəsində hesabatın açıqlanması artıq Paşinyan hakimiyyətinə qarşı deyil, əksinə, onun siyasi xəttinə xidmət edən bir amilə çevrilir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yalnız tarixi bir səhvi etiraf etməyib, həm də daxili siyasi mübarizədə yeni reallıqlar yaradıb", - deyə deputat fikirlərini yekunlaşdırıb. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər