Geriyə dönüş YOXDUR: "Ermənistan səhvə yol verməyəcək" - ŞƏRH

Geriyə dönüş YOXDUR: "Ermənistan səhvə yol verməyəcək" - ŞƏRH
28.08.2025 14:59 Təhlil

"Ermənistanın Baş naziri Nikol Paşinyanın imza atdığı sənədlər yalnız onun hakimiyyətinin deyil, bütövlükdə Ermənistanın öhdəlikləridir. Bu prosesin geriyə dönüşü yoxdur".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkələr arasında imzalanan hər bir sənəd hüquqi statusa malikdir və imzalayan tərəflər üçün müəyyən öhdəliklər yaradır:

"Azərbaycan tərəfi olaraq biz, istər 10 noyabrda müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli bəyanatı, istər sonrakı dövrdə əldə olunmuş razılaşmaları, istərsə də avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatı konkret olaraq Paşinyanla yox, Ermənistan dövləti ilə bağlamışıq. Başqa sözlə, Paşinyanın imza atdığı sənədlər yalnız onun şəxsi və ya siyasi komandası üçün deyil, ümumilikdə Ermənistan dövləti üçün hüquqi öhdəliklər yaradır.

Digər tərəfdən, həmin sənəd ABŞ-nin paytaxtı Vaşinqtonda imzalanıb və burada Ağ Ev lideri Donald Trampın da imzası var. Yəni Paşinyan, yaxud onun yerinə gələcək başqa bir şəxs götürülmüş öhdəliklərdən yayınarsa, bu, təkcə Azərbaycanı deyil, həm də ABŞ-ni qarşısına almaq demək olacaq. Ermənistanın belə bir səhvə yol verəcəyini düşünmürəm".

Analitik diqqətə çatdırıb ki, Ermənistan tərəfindən bu cür addımın atılması, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayan, Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları müsbət qiymətləndirən beynəlxalq ictimaiyyət qarşısında Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Ən əsası isə, belə bir addımın atılması mümkünsüzdür, çünki bunun alternativi yoxdur. Ermənistanda kimliyindən asılı olmayaraq gələcək hakimiyyət sülh istəməsə, yeganə alternativ müharibədir. Yeni müharibə isə Ermənistanın dövlət olaraq mövcudluğunu təhlükə altına qoya bilər və bunu ermənilər də yaxşı anlayırlar. Üstəlik, öz imzasına və öhdəliklərinə sadiq qalmayan Ermənistan beynəlxalq dəstəkdən məhrum olacaq.

Analitik qeyd edib ki, Ermənistanın bu cür addım atması, yəni sülh sazişinin paraflanmasını və Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları alqışlayan beynəlxalq ictimaiyyətin gözləntilərinə zidd davranması ölkəni çətin vəziyyətə sala bilər. Bu, təkcə Azərbaycanla münasibətlərə deyil, həm də Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vuracaq.

“Ən vacib məqam isə odur ki, İrəvanın belə bir alternativi yoxdur. Ermənistanda istənilən siyasi qüvvə, kimliyindən asılı olmayaraq, əgər sülh istəmirsə, bu, faktiki olaraq yeni müharibə ehtimalını gündəmə gətirir. Növbəti silahlı qarşıdurma isə Ermənistanın dövlət olaraq mövcudluğunu təhlükə altına ata bilər. Və bunu erməni cəmiyyəti də yaxşı anlayır. Üstəlik, öz imzasına və öhdəliklərinə sadiq qalmayan Ermənistan beynəlxalq dəstəkdən məhrum olacaq.

Odur ki, Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq götürülən öhdəliklər icra olunacaq. Bu prosesin geriyə dönüşü yoxdur", - deyə R.Bayramov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın:

"Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil".

Qiymət Mahir

FOTOLAR

Geriyə dönüş YOXDUR: "Ermənistan səhvə yol verməyəcək" - ŞƏRH — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər