“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI

“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI
17.09.2025 17:45 Təhlil

“Ermənistan hakimiyyəti hədəflərinə çatmaq və Avro-Atlantik məkana inteqrasiya üçün Fransanın dəstəyinə ümid edir”.

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O bildirib ki, Fransa ilə Ermənistan arasında sıx əməkdaşlıq mövcuddur və Paris İrəvanın əsas himayədarlarından biridir:

“Makron öz sələflərindən fərqli olaraq daha ifrat ermənipərəst mövqe nümayiş etdirdiyi üçün Yelisey Sarayının Azərbaycanla münasibətlərində gərginliklər yarandı. Bu da Fransanı Cənubi Qafqazda ciddi itkilər və ağır zərbələrlə üz-üzə qoydu. Bakının demarşı və neokolonializmə qarşı atdığı effektiv addımlar Parisin beynəlxalq nüfuzuna ciddi zərbə vurdu, xüsusilə də onun dənizaşırı bölgələrində çətinliklər yaratdı”.

Ekspert əlavə edib ki, 8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmalar, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində maneələrin aradan qaldırılması Parisin mövqeyində müəyyən yumşalma yaratdı:

“Bununla belə Fransanın Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə çalışdığını söyləmək çətindir. Çünki həmin ölkə Ermənistana hərbi, siyasi, maliyyə və digər dəstəklərini birtərəfli qaydada davam etdirir, onu yüksək dəqiqlikli silah-sursat və hərbi texnika ilə təchiz edir.

Fransa istər ATƏT-in Minsk Qrupu həmsədrlik dövründə, istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı mərhələdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına heç bir töhfə verməyib. Əksinə, prosesləri qızışdırıb, işğalçılığı dəstəkləyib və Azərbaycana qarşı açıq-aşkar düşmən mövqeyi sərgiləyib. Ermənistan isə diplomatik müstəvidə əlini gücləndirmək, müttəfiq və tərəfdaşlarının dəstəyini artırmaq niyyətindədir. Buna baxmayaraq, indiyədək Azərbaycan diqtə edən tərəf kimi üstün mövqeyini qoruyub”.

Ə.Orucov, həmçinin əlavə edib ki, avqustun 8-dən sonra İrəvan ənənəvi tərəfdaşları olan İran və Rusiyanın hiddətini üzərinə çəkdi:

“Paşinyan yaxşı anlayır ki, Moskva onu rahat buraxmayacaq. Hərtərəfli basqılar fonunda Ermənistan hakimiyyəti qarşısına qoyduğu hədəflərə çata və götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. İrəvan bu hədəflərə çatmaq və Avro-Atlantik məkana inteqrasiya üçün Fransanın dəstəyinə ümid edir. Lakin bunun nə dərəcədə reallaşacağı sual altındadır. Çünki Ermənistan Ankara və Bakı ilə dil tapa bilməsə, diplomatik münasibətlər qura bilməsə, onun Fransanın dəstəyi ilə xilas olacağına inanmaq absurddur. Azərbaycan isə təşəbbüsü heç bir halda əldən verməyəcək”.

Qeyd edək ki, sentyabrın 16-da Parisdə Ermənistan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib.

İqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahələrində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət, eləcə də Ermənistan–Aİ tərəfdaşlığının gündəliyi müzakirə olunub.

Tərəflər Ermənistan–Fransa strateji tərəfdaşlıq sənədinin imzalanma müddəti, regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan–Azərbaycan razılaşmaları və Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə də toxunublar.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Bütün Xəbərlər