Əsəddən sonra növbə onundur: Xamenei Rusiyaya qaçır?

Əsəddən sonra növbə onundur: Xamenei Rusiyaya qaçır?
10.01.2026 14:41

"İran daxilində sosial narazılıqların, iqtisadi problemlərin və xarici təzyiqlərin artmasına baxmayaraq, Xameneinin yaxın vaxtlarda ölkəni tərk edəcəyi ehtimalı real görünmür".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, son günlər informasiya məkanında İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölkəni tərk etməyi planlaşdırdığı barədə iddialar müzakirə olunur. Xüsusilə bu ehtimalın Bəşər Əsədin vaxtilə Rusiyaya sığınması ssenarisi ilə müqayisə edilməsi də diqqət çəkir. 

Analitikin fikrincə, bu iddiaların nə dərəcədə real olduğunu anlamaq üçün emosional yanaşmadan çox, siyasi və institusional reallıqlara əsaslanan analitik baxış vacibdir.  

"İlk növbədə vurğulamaq lazımdır ki, Xameneinin İrandan çıxacağına dair rəsmi və ya etibarlı mənbələr tərəfindən təsdiqlənmiş heç bir məlumat yoxdur. Məsələ ilə bağlı yayılan xəbərlərin böyük hissəsi sosial şəbəkələrdə, siyasi polemika fonunda və ya psixoloji təsir məqsədi daşıyan açıqlamalarda səslənir", - deyə siyasi şərhçi vurğulayıb.

O bildirib ki, bu cür iddialar, xüsusilə böhranlı dövrlərdə, maraqlı tərəflərin təzyiq aləti kimi tez-tez gündəmə gətirilir.

R.Bayramov hesab edir ki, İranın mövcud siyasi sistemi Xameneinin fiqurunu sıradan dövlət başçısı kimi yox, ideoloji və dini lider kimi formalaşdırıb:

"Onun funksiyaları özündə təkcə icraedici hakimiyyətin yox, bütövlükdə İslam Respublikasının legitimliyini ehtiva edir. Belə bir şəxs üçün ölkəni tərk etmək, xüsusilə “qaçış” görüntüsü yarada biləcək addım atmaq, rejim üçün olduqca ağır zərbə olardı. Bu, İran rejiminin illərdir qurduğu “müqavimət” və “dayanıqlıq” narrativinə tam ziddir".  

Politoloqun sözlərinə görə, mövcud vəziyyəti Bəşər Əsədlə müqayisə etmək düzgün deyil. O vurğulayıb ki, Suriya və İranın siyasi modelləri fərqlidir. Əsəd daha çox konkret hərbi-siyasi böhranın nəticəsi olaraq xarici dəstəyə söykənən lider idi. Xamenei isə dərin institusional dayaqlara, ideoloji aparatlara və təhlükəsizlik strukturlarına malik sistemin mərkəzində dayanır. Bu səbəbdən, onun ölkəni tərk etməsi yalnız sistemin faktiki çöküşü ilə müşayiət olunan fövqəladə vəziyyətdə mümkün ola bilər.

Siyasi analitik Rusiyanın mümkün sığınacaq kimi göstərilməsinə diqqət çəkərək bildirib ki, bu daha çox nəzəri xarakter daşıyır:

"Tehran-Moskva münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və Rusiya bir sıra liderlər üçün təhlükəsiz liman rolunu oynayıb. Lakin, bu, Xameneinin real planı olduğu anlamına gəlmir. Bu cür ssenarilər yalnız ehtiyat variant kimi nəzərdən keçirilə bilər. Bu baxımdan, Xameneinin yaxın vaxtlarda ölkəni tərk edəcəyi ehtimalı mümkün görünmür".

Bayramov sonda bildirib ki, hazırkı mərhələdə bu iddialar daha çox psixoloji müharibə və informasiya manipulyasiyası elementləri daşıyır. Lakin, proseslərin dinamikliyi onu da göstərir ki, İranla bağlı belə ssenarilər uzunmüddətli siyasi risklərin mövcudluğunu tam istisna etmir.

Qeyd edək ki, sosial şəbəkələrdə İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin İranı tərk etməyi planlaşdırdığı barədə məlumatlar yayılıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Все новости