Ermənistanın tranzit bəyanatı: İqtisadi çiçəklənməyə ümid...

Ermənistanın tranzit bəyanatı: İqtisadi çiçəklənməyə ümid...
12.03.2026 18:02

“44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni siyasi şərait yaranıb. Ermənistanın baş naziri bu reallığa uyğunlaşmağa və qonşuları ilə münasibətləri bərpa etməyə çalışır”.      

Politoloq Azad Məsiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın “Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisindən tranzit keçidini təmin etməyə hazırıq” bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.   


O hesab edir ki, Ermənistanın gələcək taleyi birbaşa qonşu dövlətlərlə əlaqələrin normallaşmasından asılıdır. 

“Paşinyanın yürütdüyü hazırkı siyasət Rusiya ilə münasibətlərin soyumasına səbəb olur ki, bu da bir çox analitiklərin fikrincə, Qərbdən gələn təlimatlarla bağlıdır.

Ermənistan dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirsə, nəqliyyat infrastrukturunu mütləq şəkildə açmalıdır. Bu, Ermənistana imkan verər ki, həm Azərbaycan üzərindən Orta Asiyaya çıxış əldə etsin, həm də Türkiyə vasitəsilə Avropaya inteqrasiya xəttini reallaşdırsın. Bu kontekstdə rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılmasına və nəqliyyat kommunikasiyalarının bərpasına can atır”.

Politoloq xatırladıb ki, Prezidentin razılığı ilə Azərbaycan ərazisi vasitəsilə böyük həcmdə strateji yüklərin (Rusiya və Qazaxıstandan gələn taxılın) Ermənistana daşınmasına şərait yaradılıb:

“Eyni zamanda Azərbaycan yanacağının Ermənistan bazarında satılmasına icazə verilməsi rəsmi Bakının sülh missiyasına sadiqliyinin növbəti göstəricisidir. Buna adekvat olaraq, Ermənistanın baş naziri Azərbaycan və Türkiyəyə məxsus nəqliyyat vasitələrinin Ermənistan üzərindən tranzit keçidinə şərait yaratmağa çalışır. Bu addım həm ölkəyə iqtisadi dividendlər gətirə bilər, həm də qarşılıqlı etimadın bərpasına xidmət edər. Sərhədlərin açılması və infrastrukturun bərpası bu gün Ermənistana "hava və su" kimi lazımdır”. 

A.Məsiyev hesab edir ki, regionun tam iqtisadi çiçəklənməsi üçün Zəngəzur dəhlizi mütləq şəkildə açılmalıdır:

“Bu dəhliz Azərbaycan və Türkiyə arasında ən qısa və səmərəli qurubatı yolunu (Naxçıvan üzərindən) təmin edəcək. Burada əsas məsələ yükdaşımaların və vətəndaşların təhlükəsizliyinə tam zəmanət verilməsi, həmçinin həm dəmir yolu, həm də avtomobil yollarının müasir standartlara cavab verəcək səviyyəyə gətirilməsidir. Bu istiqamətdə Ermənistan tərəfi hələ xeyli iş görməlidir”.

Ekspert yekun olaraq Paşinyanın bu çağırışlarının irəliyə doğru atılmış müsbət addımlar olduğunu, lakin real nəticələr üçün hələ görüləcək işlərin çox olduğunu vurğulayıb. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Все новости