Ermənistan qalıb kənarda, erməni lobbisi Azərbaycana hücum edir

Ermənistan qalıb kənarda, erməni lobbisi Azərbaycana hücum edir
12.05.2026 13:55

Atlantik Şurası Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan əməkdaşlığı üçün potensial çərçivə təklif edib: müəyyən müqabilində Azərbaycana silah satışına qoyulan məhdudiyyətlərin yumşaldılması. Bu yanaşma əvvəllər təklif olunan Belarus modelinə əsaslanır. 


Bəs bu bu Şura kimdir və niyə Ermənistana bu qədər "canı yanır"?

Atlantik Şurası özünü “qeyri-partiyalı beyin mərkəzi” kimi təqdim etsə də, Cənubi Qafqaz, xüsusilə Azərbaycan–Ermənistan münasibətləri kontekstində bu neytrallıq iddiası ciddi suallar doğurur. 1961-ci ildə yaradılmış qurum ABŞ-nin transatlantik siyasətini, NATO-nu və qlobal liderlik strategiyasını dəstəkləyən araşdırmalar aparsa da, regionda Azərbaycanın maraqlarını kifayət qədər nəzərə almayan, müəyyən lobbi əlaqələrinə yaxın bir platforma kimi görünür.

Şuranın daxili strukturu diqqət çəkir. Erməni mənşəli ekspertlərin fəal iştirakı burada nəzərə çarpır. Tatevik Xaçaturyan tədbirlər üzrə direktor köməkçisi, Ani Mejlumyan isə Rəqəmsal Araşdırmalar Laboratoriyasında (DFRLab) Ermənistan üzrə araşdırmaçı kimi çalışır. Irina Qaplanyan da qurumun keçmiş ekspertləri sırasındadır. Demək olar ki, bütün Ermənistan burdadır. ABŞ-də erməni diasporasının güclü siyasi və ictimai təsiri nəzərə alındıqda, bu təyinatların təsadüfi olmadığı aydın olur. İllər ərzində bu ekspertlərin iştirakı ilə hazırlanan materiallarda qərəzli yanaşma müşahidə olunur.

Ermənistan tez-tez “Qərbə inteqrasiya edən” və “demokratik inkişaf yolu seçən” ölkə kimi təqdim edilir. Azərbaycan isə  regionda gərginlik yaradan tərəf kimi işıqlandırılır. “Neytral analitika” adı altında Ermənistanın “Crossroads of Peace” kimi təşəbbüslərinə geniş yer ayrılır, regional geosiyasi mənzərə isə daha çox Rusiya, İran və Türkiyə faktorları üzərindən şərh edilir. Azərbaycanın suveren hüquqları və ərazi bütövlüyü ilə bağlı məsələlər isə ikinci plana keçir.


2025-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın Atlantik Şurada çıxış edərək “sülh vizyonu”nu təqdim etməsi qurumun Ermənistana verdiyi açıq platformanın əhəmiyyətini göstərir. Eyni zamanda Azərbaycan rəsmiləri, o cümlədən Hikmət Hacıyev də bəzi tədbirlərə dəvət olunub. Lakin bu dəvətlər daha çox balans görüntüsü yaratmaq məqsədi daşıyır. Qurumun ümumi ritorikası və prioritetləri Ermənistan narrativinə daha yaxındır.

Atlantik Şurasının əsas donorları iri şirkətlər, fondlar və müxtəlif hökumət strukturlarından ibarətdir. Rəsmi olaraq qeyri-hökumət təşkilatı olsa da, ABŞ xarici siyasət prioritetləri və lobbi qruplarının təsiri altında fəaliyyət göstərdiyinə dair qiymətləndirmələr mövcuddur.

Erməni diasporasının ABŞ Konqresində və beyin mərkəzlərindəki təsiri xüsusilə Mərkəzi Avrasiya proqramlarında hiss olunur. Bu səbəbdən şuranın xətti obyektiv analitikadan daha çox siyasi yanaşma kimi qəbul edilir. Bəzi müşahidəçilər hesab edir ki, şuranın Ermənistanla formalaşdırdığı əlaqələr birtərəfli xarakter daşıyır və Azərbaycanın maraqları ilə tam uzlaşmır. “Qeyri-partiyalı” imici altında fəaliyyət göstərən belə qurumlar regionda geosiyasi balansa təsir etməyə çalışır.

Azərbaycan bütün bu qərəzli aktorlara  və yanaşmalara baxmayaraq öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə qoruyub saxlayır. 2020-ci il Vətən Müharibəsində qazandığı şanlı Zəfər bunun ən bariz sübutudur.


Sülh prosesinə heç bir real qatqısı olmayan, əksinə, regionda birtərəfli narrativ formalaşdırmağa çalışan bir qurumun hələ də Cənubi Qafqazda proseslərə barmaq uzatması və tövsiyələr verməsi qəbuledilməzdir. Azərbaycan öz yolunu özü müəyyənləşdirir və heç bir xarici lobbi mərkəzinin təsiri olmadan regional sabitliyin və inkişafın əsas aktoru kimi mövqeyini möhkəmləndirir. 

Prezident İlham Əliyev bu məsələlərin nöqtəsini yerində qoyub: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!"

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Все новости