Ermənistan–İran sərhədində yenilik gözlənilir – Proses başladı...

Ermənistan–İran sərhədində yenilik gözlənilir – Proses başladı...
06.03.2026 22:29

Ermənistan–Türkiyə sərhədində uzun illər davam edən Rusiya hərbi mövcudluğuna son qoyulub. 2025–2026-cı illərdə mərhələli şəkildə həyata keçirilən qərar nəticəsində Rusiya hərbçiləri sərhəd-keçid məntəqələrindən çıxarılıb və nəzarət tam şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilib.

Proses ilk olaraq 2025-ci ilin yazında “Marqara” keçid məntəqəsində başlayıb, daha sonra “Axurik” məntəqəsində də eyni dəyişiklik baş tutub. 


Bundan əvvəl isə Rusiya hərbçiləri Ermənistan–Türkiyə sərhəd xəttindən çıxarılmışdı. Beləliklə, Ermənistan müstəqillik dövründə ilk dəfə olaraq Türkiyə ilə sərhədin mühafizəsini tam şəkildə öz milli sərhəd xidmətinə həvalə etmiş oldu.  

Maraqlıdır, bu prosesin növbəti mərhələsi Ermənistan–İran sərhədinə də şamil oluna bilərmi? 

Çünki məhz bu xətt region üçün strateji əhəmiyyət daşıyır və burada Zəngəzur dəhlizinin taleyi ilə bağlı məsələlər gündəmdədir. Ermənistan Rusiyanın sərhəd qoşunlarının bu istiqamətdən çıxarılmasına nə vaxt nail ola bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Ermənistanın tədricən özünü dövlət kimi aparması prosesinə başladığı görünür.


Onun sözlərinə görə, Türkiyə sərhədinin Rusiya hərbçilərindən alınıb Ermənistanın müvafiq qurumlarına tapşırılması ilə bağlı xəbərlər ötən ildən yayılmağa başlamışdı və Rusiya tərəfi də bunu qəbul etmişdi:

“Ermənistanla Türkiyə arasında ciddi problemlərin olmaması gerçəyi də bu prosesə start verib. Türkiyə də həmişə Ermənistanla əlaqələrin inkişafında maraqlı olub. Bu, əslində, siyasi addım kimi çox vacib məsələdir. İlk növbədə Ermənistan öz sərhədlərini qorumaq iqtidarında olduğunu göstərir və bununla da gələcəkdə İranla olan sərhədini də özü qoruya biləcəyini sübut etmiş olur. Bundan başqa, Ermənistan bütün normal ölkələr kimi öz dövlət sərhədlərini özü qorumalıdır”.

Politoloq qeyd edib ki, Ermənistan–İran sərhədindən Rusiyanın sərhəd qoşunlarının çıxarılması məsələsi də iqtisadi olduğu qədər siyasi, hətta geosiyasi məsələdir. 


“Hesab edirəm ki, bu proses artıq başlayıb. "Tramp Marşrutu" ( TRIPP) layihəsi hazır olana qədər bu məsələ öz həllini tapacaq. Regionda davam edən proseslər fonunda bu məsələ sürətlənə və ya zəifləyə bilər. Eyni zamanda Rusiyanın Ukraynadan hansı vəziyyətdə ayrılacağı da mühüm amildir. Bu baxımdan görünən odur ki, geosiyasi vəziyyətin necə formalaşacağından asılı olaraq regionda çox ciddi proseslər gözlənilir və bu proseslər bütün planları dəyişə bilər”, - deyə analitik fikrini yekunlaşdırıb. 

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Все новости