Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?

Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?
12.05.2026 12:22

Bəzən çoxdan bildiyimiz həqiqətlər gözlənilməz bir anda qarşımıza tam fərqli rakursdan çıxır. 

Bir neçə gün öncə erməni bir jurnalistin səhifəsində Azərbaycana ünvanlanmış "sülh çağırışı" paylaşımına rast gəldim. Peşə vərdişimdir, həmişə şərhləri analiz edirəm. Maraqlı mənzərə ilə rastlaşdım, onlarla erməni istifadəçisi Azərbaycan dilində şərhlər yazmışdı.

Bəlkə də düşünəcəksiniz ki, texnologiya əsrində burada qeyri-adi nə var? “Google Translate” hər şeyi həll edir. Amma məsələ o deyil. Şərhlərin çoxu "ingilis klaviaturası" üslubunda, tərcümə proqramlarının vermədiyi o təbii jarqonla yazılmışdı. Əslində, çoxumuza məlumdur ki, qarşı tərəfdə dilimizi mükəmməl bilənlərin sayı az deyil. Buna Qarabağdan köçən ermənilərin verdiyi müsahibələrdə də şahid olmuşuq. Hətta 2025-2026-cı tədris ilində Ermənistanın 3 dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunur. Əvvəlki illərdə (2022-2023) də 4 məktəbdə Azərbaycan dili tədris olunurdu, amma indi daha rəsmi və genişləndirilmiş formada başlayıb.

Bu mənzərə mənə başqa bir hadisəni xatırlatdı. Təxminən iki il əvvəl "TikTok"da bir həmyerlimizə rast gəlirdim. Bir neçə xarici dillə yanaşı, erməni dilini də bilir və səhv etmirəmsə, bunun tədrisi ilə məşğul olurdu. Təsəvvür edirsiniz, xanımı erməni dilini bildiyinə görə necə linç edir, hansı ağır təhqirlərə məruz qoyurdular?

Bəs düşmənin dilinə vaqif olmaq, əslində elə onun silahına vaqif olmaq demək deyilmi?

Ermənistanla münasibətlərin mövcud konyukturasında "erməni dilini bilmək" anlayışı iki fundamental müstəvidə nəzərdən keçirilməlidir: Psixoloji-siyasi dərketmə və semantik-linqvistik hazırlıq.

Birinci müstəvi düşmən xalqın psixologiyasına, onun siyasi ritorikasına və niyyətlərinə bələd olmaqdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə erməni xalqının və siyasi elitasının psixologiyasını nə dərəcədə dərindən bildiyini dəfələrlə sübut edib. Ermənistanın revanşist və işğalçı mahiyyəti fonunda Azərbaycan dövləti onlarla məhz "anladıqları dildə" – hərbi-strateji güc yolu ilə danışaraq ədaləti bərpa etdi. Dövlət başçısının Zəngilanda verdiyi son açıqlamalar da revanşist qüvvələrin hakimiyyət ambisiyalarına qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır. Bu, düşmənin hərbi və siyasi gedişlərini öncədən oxumağın bariz nümunəsidir.

İkinci müstəvi isə birbaşa erməni dilinin semantik strukturuna dərindən bələd olan peşəkar mütəxəssislərin yetişdirilməsidir. Təəssüf ki, uzun illər ərzində bu sahədə kafi dərəcədə mütəxəssis bazasının olmaması ən həssas problemlərimizdən biri kimi qalıb. Azərbaycan Dillər Universitetində 2023-cü ildən erməni dili üzrə tərcümə ixtisası açılıb və ilk il 10 tələbə qəbul olunub. Digər universitetlərdə (məsələn, Bakı Dövlət Universiteti, UNEC) ayrı-ayrı fənn və ya qısamüddətli kurslar var, amma kütləvi deyil. Əvvəllər ixtisaslaşanların sayı çox aşağı idi (10-25 nəfər). Bu, mütəxəssis bazasının hələ də məhdud olduğunu göstərir.

Ermənistanla hələ də yekun sülh müqaviləsinin imzalanmadığı və regionda xarici güclərin əli ilə revanşist meyillərin körükləndiyi bir şəraitdə, bu dilə vaqif olan kadrlar milli təhlükəsizlik üçün hava və su kimi lazımdır.

Düşmən dilini və onun daxili dinamikasını bilən hər bir mütəxəssis, bu gün cəbhədəki əsgər qədər vacibdir. Diplomatik və informasiya müstəvisində effektiv mübarizə aparmaq üçün biz aşağıdan yuxarıya doğru bütün səviyyələrdə bu strateji biliyi inkişaf etdirməyə məcburuq.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 Все новости