“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə

“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə
09.02.2026 13:15

Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verə bilər.

Buna səbəb ABŞ-yə səfir təyin olunan və Cefri Epşteynlə əlaqələri ilə gündəmə gələn Piter Mandelson ətrafında yaranan qalmaqaldır.


Qalmaqal artıq baş nazirin aparat rəhbərinin istefası ilə nəticələnib və Leyborist Partiyasında Starmerə təzyiqlər də artıb.

Mənbələr onun postunu qorumaq ehtimalını aşağı qiymətləndirirlər. 

Maraqlıdır, mövcud durumda  Kir Starmerin istefası nə dərəcədə mümkündür?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Mandelson Epşteynin yaxın dostu olub və ona məlumat ötürüb:  


"Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinin dərc etdiyi Epşteyn faylları Böyük Britaniyada böyük qalmaqal yaradıb. Məlum olub ki, ABŞ-yə Böyük Britaniyanın səfiri təyin olunan Piter Mandelson Epşteynin ən yaxın dostu olub və biznes üzrə nazir işləyərkən məxfi məlumatları Epşteynə ötürüb".

Ekspert qeyd edib ki, onun səfir təyin olunmasında mühüm rol oynayan aparat rəhbəri artıq istefa verib. Baş nazir Kir Starmer etiraf edib ki, Mandelsonun Epşteynlə yaxın olduğunu bilsə də, onun səfir təyin olunmasına razılıq verib.

Analitik əlavə edib ki, vəziyyətdən çıxmaq üçün Starmer hökumətə nüfuzlu partiya funksionerlərini cəlb etməyə çalışır. Lakin çox güman ki, bu kifayət etməyəcək, çünki qarşıdan may ayında yerli seçkilər gəlir. Qalmaqal hökuməti ciddi vəziyyətə salıb və 2024-cü ildə seçkilərdə qalib gələn Leyborist Partiyası rəhbərliyi dəyişmək barədə düşünür.


A.Səmədov sonda vurğulayıb ki, Kir Starmer partiya liderliyindən istefa verəcək:

"Çox güman ki, Kir Starmer partiya liderliyindən istefa verməyə məcbur olacaq. Baxmayaraq ki, hələ də vəziyyətdən çıxacağına ümid edir, hökumətə cəlb etməyə çalışdığı nüfuzlu şəxslərin iştirakı arzulanan nəticəni verməyəcək və onların Starmer hökumətində rol alması ehtimalı yüksək deyil.

Bir sıra ekspertlərin və nəşrlərin fikrincə, Starmer partiya liderliyindən getməli olacaq. Onu əvəz edəcək namizədlər artıq müəyyənləşib və bu, partiyanın yerli seçkilər ərəfəsində sıxıntılardan çıxmasına ümid verir". 

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Все новости