Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"

Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"
15.09.2025 17:31 Təhlil

Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşü “nisbətən tezliklə” baş tuta bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “çox yüksək dərəcədə antipatiya” mövcuddur. Buna görə də Tramp istisna etməyib ki, bütün danışıqları şəxsən özü aparmalı olacaq.


Bəs tərəflər buna razı olacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tramp özünü “unikal vasitəçi” kimi təqdim edir. Hesab edir ki, şəxsi nüfuzu və “sövdələşmə qabiliyyəti” sayəsində Putin və Zelenskini danışıqlar masasına gətirə bilər.


Ekspertə görə, real siyasətdə bu, olduqca çətindir:

"Çünki tərəflər arasında yalnız şəxsi antipatiya deyil, həm də fundamental maraq ziddiyyətləri mövcuddur: Ukrayna öz ərazi bütövlüyünü tam bərpa etmək niyyətindədir, Rusiya isə Krımı və işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Zelenski dəfələrlə bəyan edib ki, Donbası Rusiyaya verməyəcək. Çünki bu, Ukrayna Konstitusiyasına ziddir və prezident hər şeydən öncə həmin Konstitusiyanın qarantıdır. Lakin böyük beynəlxalq təzyiq olarsa, Kiyev formal olaraq Trampın vasitəçiliyinə razılıq verə bilər.


Putin isə Donbasın nəzarətsiz qalan ərazilərinin ona təhvil verilməsini tələb edir. Həmçinin o, Zelenskinin dəyişdirilməsində daha çox maraqlıdır. Kreml eyni zamanda sanksiyaların yumşaldılmasını və Qərbin parçalanmasını hədəfləyir. Bu məqsədlərin bəzilərinə nail olmaq üçün Moskva belə dialoqa formal şəkildə razılaşa bilər".

K.Sultanlı diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa belə, real və davamlı sülh sazişinin əldə olunması ehtimalı aşağıdır. Daha çox bu, Trampın siyasi imicini gücləndirməyə xidmət edən “şou-diplomatiya” xarakteri daşıya bilər. Paralel olaraq həm Rusiya, həm də Ukrayna Trampı öz mövqelərinə yaxın saxlamaq üçün belə təşəbbüslərə gedə bilərlər.


"Trampla münasibətlər hər iki tərəf üçün önəmli olduğundan, formal danışıqlar mümkündür. Amma ümumilikdə, yaxın perspektivdə sülhün bərqərar olması real görünmür. Atəşkəs olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq", - deyə siyasətçi fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Bütün Xəbərlər