"Böyük Nəzarət": Tramp qlobal şəbəkəni çökdürür

"Böyük Nəzarət": Tramp qlobal şəbəkəni  çökdürür
08.01.2026 16:14

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb. Sənədə əsasən, icra departamentləri və agentliklər BMT-yə daxil olmayan 35 təşkilatın, həmçinin 31 BMT qurumunun fəaliyyətində iştirakı və maliyyələşdirilməsini dayandırmalıdır.  

Maraqlıdır, bu qərar ABŞ-nin qlobal siyasi təsirini zəiflədə bilərmi? 

TodayPress TV bu suallara Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ilə cavab tapmağa çalışıb.


Əli Zülfüqaroğlu bildirib ki, Vaşinqtonun bu addımı gözlənilməz deyil, mövcud geosiyasi şəraitin, eyni zamanda ABŞ-nin daxilində gedən ciddi proseslərin məntiqi nəticəsidir:  

“Hazırda dünyada savaşın əsas iki tərəfi var – qlobal imperializm və milli dövlətlər. İkinci Dünya müharibəsindən sonra dövlətlər iqtisadi çöküş yaşayırdı. Böhrandan çıxmaq üçün böyük maliyyəyə ehtiyac duyan dövlətlər böyük bankların şərtlərini qəbul etməyə məcbur oldular. İlkin mərhələdə ABŞ dolları dünya rezerv valyutası oldu. Dövlətlər buna həm də ona görə razılaşdı ki, dollar qızıla indeksli idi. 1971-ci ildə isə ABŞ qızıla indeksli dollar sistemində dəyişikliyə gedərək, qarşılıqsız dollar çap etmə fürsəti əldə etdi. Böyük banklar tərəfindən qurulan FED-in idarə etdiyi ABŞ neft və qazın dünyada dollarla satışını təmin edərək dolların dünya rezerv valyutası olmaqda qalmasına nail oldu. Buna qarşı çıxmağa çalışan dövlətlər susduruldu. Bununla da dollar mərkəzli köləlik sistemi möhkəmləndi. Bu sistem ilk növbədə ABŞ xalqının müxtəlif alətlər vasitəsilə, o cümlədən narkotikanın geniş formada yayılmasına şərait yaratmaqla dəyərlər sistemindən uzaq, sadəcə istehlakçı kütlə səviyyəsində idarə olunmasını təmin etdi. Ona görə bu proqram həyata keçirildi ki, FED-in formalaşdırdığı hökumətlərə qarşı çıxmaq haqqında düşüncədən uzaq olsun.

Bu proses həmçinin sözügedən sistemin öz nəzarətində olan böyük büdcəyə malik müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müxtəlif adlar və “dəyərlər” adı altında bütün dünyada tətbiq olundu. Yəni USAID daxil olmaqla istənilən beynəlxalq təşkilat məhz qlobal maliyyə sisteminin törəmə quruluşları olaraq sadəcə əmrləri icra edir. Nəzərə almalıyıq ki, dövlətlərarası münasibətlər sistemini (BMT) tənzimləyən qurumlardan tutmuş, səhiyyə, qida, insan haqları, ümumiyyətlə bütün sahələri özündə ehtiva edən təşkilatlar bu sistemin tərkib hissəsidir”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, dollar mərkəzli qlobal maliyyə sisteminin çöküş prosesinə qədəm qoyması milli dövlətlərin dünya nizamını formalaşdırmaq istəyini aktuallaşdırdı:


“Birləşmiş Ştatlarda qlobal imperializmə qarşı olan “Amerikan milliyyətçiləri” adlanan gücün hakimiyyətə gəlməsi (Tramp hökuməti) ABŞ ilə yanaşı dünyanın hər yerində qlobal imperializmin rıçaqları ilə milli dövlətlər arasında qarşıdurmaları gücləndirdi. Bununla da qlobal imperializmin törəmə quruluşları olan beynəlxalq təşkilatların tam çöküşü böyük ölçüdə reallaşdı. Çünki indiyə qədər beynəlxalq təşkilatlar dövlətlərarası münasibətləri sistemi tənzimləməyən və bütün istiqamətlərdə dövlətlərə ciddi təsir imkanları olan qurumlar idi; ABŞ dövləti isə bütövlükdə bu sistem tərəfindən idarə olunurdu. ABŞ-də fərqli ideoloji düşüncənin idarəetməni ələ almasının nəticəsi olaraq, ilk növbədə ABŞ özü beynəlxalq təşkilatların çöküşünü sürətləndirmək üçün ciddi addımlar atdı. Bununla da dövlətlərarası münasibətlər sistemində beynəlxalq təşkilatlar (qlobal imperializm) dönəmi bitdi. Venesuelada keçirilən əməliyyat beynəlxalq təşkilatların tam iflası deməkdir. İndi qlobal imperializmin yerini güclü dövlətlərin imperial maraqları tutub. Hazırda qlobal imperializm Avropa İttifaqına tam hakimdir, Çində isə güclüdür. Buna görə də dünyada tamamilə fərqli mənzərə var”. 

Politoloqun qənaətincə, ABŞ-nin müxtəlif beynəlxalq təşkilatlardan çıxması bu prosesin tərkib hissəsidir və konkret hədəflərə hesablanıb. Savaş yeni mərhələyə qədəm qoyduğuna görə, daha təhlükəli məqamlar qarşıdadır. Dövlətlər və xalqlar hər şeyə hazır olmalıdırlar.  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Все новости