Azərbaycandan 10 gündə qlobal dərs: Qəbələdən Şarm əl-Şeyxə...

Azərbaycandan 10 gündə qlobal dərs: Qəbələdən Şarm əl-Şeyxə...
13.10.2025 13:02 Təhlil

"Son 10 gündə Azərbaycanın xarici siyasətini təhlil edən təsadüfi şəxsi təəccüb bürüyərdi. Bu qədər geniş profilli fəaliyyət sahəsini eyni vaxtda həyata keçirmək heyrət doğurur".

Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


O izah edib ki, on günlük diplomatik marafon Türk Dövlətləri Təşkilatının rəhbərlərinin Qəbələ görüşü ilə başladı. Həmin görüş sadəcə bir toplantı deyildi, Azərbaycan Prezidenti İlham Əliyev burada 2026-cı ildə vahid türk ordusunun yaradılması ehtimalının təməlini qoydu.


Ardınca Türkoloji Qurultayın 100 illiyi qeyd olundu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən vahid əlifba məsələsi yenidən gündəmə gəldi.


Ekspert Düşənbə görüşü və Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitinə diqqət çəkib:

"Bir neçə gün sonra diqqətlər Düşənbə görüşünə yönəldi. Rusiya Prezidenti Vladimir Putinin qlobal mediada da yer alan “dizini qatlaması” Azərbaycanın diplomatik üstünlüyünü bir qədər də möhkəmləndirdi. Harda, kimə qarşı və necə? Sualların cavabı detalların içində gizlidir. Bu hadisə Fransa Prezidenti Emmanuel Makronla keçirilən görüşdən sonra yaşanan ikinci mühüm “oksigen” effekti idi.


Digər önəmli detal isə Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət alması oldu. Bu, təsadüfi deyil. Azərbaycan üçün İslam kimliyi ilə avropoid dünyəviliyin sintezi unikal hibrid model formalaşdırır. Misirdəki görüşdə 30 ölkə arasında Azərbaycanın da yer almasının səbəbi aydın görünür. Azərbaycan post-müharibə dövrünün idarə olunması üzrə dünyada ən uğurlu təcrübəyə malik ölkədir. Qafqazdan kənarda baş verən bütün müharibələr bizim üçün regional xarakter daşıyır. Həmçinin Azərbaycan hazırda dünyada yeganə ötürücü, yəni logistika baxımından strateji keçid nöqtəsidir. Dünyada baş verən istənilən münaqişə birbaşa olaraq Azərbaycanın üzərindən keçən əsas logistika xəttini təhdid edir. Əlavə olaraq, Azərbaycanın həm İsraillə dostluğu, həm də Qəzza məsələsinə yanaşması beynəlxalq səviyyədə balanslı və qəbuledilən mövqedir. Nəhayət, Azərbaycanın sammitdə iştirakının əsas dəstəkçilərindən biri də ABŞ Prezidenti Donald Trampın administrasiyası olub".


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər