Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...

Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...
10.03.2026 17:22

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan tərəfindən İrana humanitar yardım göndərilib. 

Bu qərar İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində keçirilən telefon danışığından sonra qəbul olunub. 

Maraqlıdır, bu humanist addım iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? 

Məsələni politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.      


O diqqətə çatdırıb ki, ölkəmiz və ölkəmizin rəhbəri milli maraqlarımıza uyğun olaraq tam müstəqil siyasət həyata keçirir:     

"Biz hər hansı bir ölkə ilə münasibətlərimizi formalaşdırarkən və inkişaf etdirərkən mütləq şəkildə öz maraqlarımızdan və regiondakı vəziyyətdən çıxış edirik. Yəni regionda vəziyyətin sabitləşməsinin, sülh mühitinin formalaşmasının və əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyıq". 

Analitik vurğulayıb ki, Azərbaycan hər zaman qonşularla dinc münasibətlərin tərəfdarı olub: 

"Azərbaycanın İrana humanitar yardım göndərməsi bir daha ona dəlalət edir ki, ölkəmiz hər zaman öz xeyirxah mövqeyi ilə seçilir. Digər münaqişə vəziyyətlərində də Azərbaycan hər zaman yardım əlini uzatmağa hazır olduğunu göstərib. Bizim buna siyasi iradəmiz yetir və iqtisadi imkanlarımız bunu mümkün edir". 


Məsud Pezeşkian və  İlham Əliyev arasında baş tutan telefon danışığına diqqət çəkən ekspert deyib ki, danışıqlar iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək elementlərin aradan qaldırılmasını şərtləndirdi: 

"Pezeşkianın Azərbaycan Prezidentinə zəng etməsi ona dəlalət edir ki, o, ölkəmizin başçısına, ümumilikdə isə ölkəmizə və xalqımıza həssas yanaşır, narahatlıqlarımızı nəzərə alır və vəd edib ki, baş vermiş hadisə dəqiq araşdırılacaq. Eyni zamanda o, əmin edib ki, İran qonşu ölkələrə münasibətdə dost mövqe nümayiş etdirməkdədir". 

O, həmçinin əlavə edib ki, bunun ardınca Azərbaycan və İran arasında yükdaşımaların bərpa olunması və ölkə Prezidenti tərəfindən İrana humanitar yardım göstərilməsi haqqında tapşırığın verilməsi göstərir ki, iki ölkə arasında dinc qonşuluq münasibətlərinin davam etdirilməsi iradəsi mövcuddur. 


“Ümid edirik ki, bundan sonrakı mərhələdə də Azərbaycan ilə İran arasında əməkdaşlıq və dinc qonşuluq münasibətləri davam etdiriləcək”.

E.Mirbəşiroğlu yekun olaraq vurğulayıb ki, bu  addım Azərbaycanın müstəqil və neytral siyasətinin göstəricisidir: 

Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvan aeroportuna dron hücumu həyata keçirilib. Azərbaycan tərəfi hücuma rəsmi şəkildə etirazını bildirib. İran Prezidenti Məsud Pezeşkian bir neçə gün sonra, martın 8-də  Prezident İlham Əliyevə zəng edərək İranın hadisə ilə əlaqəsi olmadığını bildirib və insidentin araşdırılacağını vəd edib.  

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Все новости