Avropa narahatdır: Proses Ukrayna ilə bitməyəcək…

Avropa narahatdır: Proses Ukrayna ilə bitməyəcək…
26.11.2025 15:56

Britaniyanın baş naziri Kir Starmer Rusiya Prezidenti Putinin ambisiyalarının Ukraynadan kənara çıxdığını deyib. Moskva isə bu iddiaları rədd edib. 


Maraqlıdır, London və Moskvanın ziddiyyətli bəyanatları nəyə hesablanıb və bu, Avropanın təhlükəsizlik mühitini necə dəyişə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik İlkin Məmmədkərimov bildirib ki, Avropa Ukraynadan sonra növbəti hədəfin özü ola biləcəyini hiss edir:


"Daha əvvəllər də dediyim kimi, Avropa, Böyük Britaniya və ümumilikdə Avropa Birliyi ölkələri çox yaxşı anlayırlar ki, Rusiya yalnız Ukrayna ilə kifayətlənən tərəf deyil. Ukraynadan sonra növbəti hədəflər məhz Avropa ölkələri ola bilər. İlk olaraq keçmiş SSRİ məkanının üzvü olmuş Polşa, Çexiya, Sloveniya, Slovakiya kimi ölkələr, daha sonra isə Almaniya, Fransa və hətta Böyük Britaniya risk altında hesab olunur. Yəni Rusiya üçün strateji məqsəd təkcə Ukrayna ilə məhdudlaşmır".

"Böyük Britaniyanın Baş nazirinin “münaqişə Ukraynadan kənara çıxır” fikri də əslində dediklərimin bir daha təsdiqidir".

Onun sözlərinə görə, bəzi Avropa ölkələri birgə hərəkət etməyin mahiyyətini artıq anlayır:


"Hazırkı vəziyyətdə Böyük Britaniya, Fransa və Almaniya Rusiyanı təkbaşına dayandıra bilməyəcəyini anlayır. Məhz buna görə Fransa ilə Böyük Britaniya arasında hərbi müdafiə sazişi imzalanıb, Almaniyanın isə bu ikiliyə qoşulması üçün danışıqlar gedir. “Financial Times”ın yazdığına görə, Berlin artıq bu üçtərəfli təhlükəsizlik formatına qoşulmağa yaxındır".

Ekspert qeyd edib ki, Qərb Putinin aqressiyasının onları real müharibə təhlükəsinə yaxınlaşdırdığını düşünür: 

"Bütün bunlar göstərir ki, Qərb ölkələri Rusiya ilə mümkün müharibəyə real şəkildə hazırlaşır. Artıq hərbi toqquşmanın qaçılmaz olduğu barədə ciddi narahatlıq var. Çünki Putinin hazırkı davranışı, ambisiyaları və ekspansionist siyasəti tamamilə aqressiv və irrasional görünür".

Analitik sonda vurğulayıb ki, Putinin dağıdıcı işğal siyasəti onu tamamilə destruktiv bir lider kimi göstərir:  


"Mən Putini bu gün 21-ci əsrin Hitleri adlandırardım. Çünki başqa izah yoxdur: heç bir əsas olmadan başqa bir ölkəyə hücum etmək, şəhərləri viran qoymaq, milyonlarla insanı qaçqın vəziyyətinə salmaq və öz ölkəsinin 1 milyon 200 mindən (bəzi mənbələrə görə 1 milyon 400 minə qədər) hərbçisinin ölümünə səbəb olmaq — bütün bunların məsuliyyəti birbaşa Putinin üzərindədir".


 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Все новости