Avropa liderləri niyə Azərbaycanın QAPISINDA NÖVBƏYƏ DURUB?

Avropa liderləri niyə Azərbaycanın QAPISINDA NÖVBƏYƏ DURUB?
27.04.2026 13:20

                                                                                                                                                            Son bir ay ərzində Azərbaycana üç Avropa liderinin səfəri baş tutub və bu səfərlər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.


Belə ki, 2026-cı il 21–23 aprel tarixlərində Latviya Prezidenti Edqars Rinkeçivçs Bakıda rəsmi səfərdə olub.  Səfərin əsas məqsədi Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya və ticarət əlaqələrinin gücləndirilməsi olub.  Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilib, biznes forum təşkil olunub, ticarət, investisiya, nəqliyyat və enerji sahələrini əhatə edən sənədlər imzalanıb.  Prezident Heydər Əliyev Mərkəzini də ziyarət edib. Nümayəndə heyətinə Latviya Xarici İşlər naziri Baiba Braže və digər rəsmi şəxslər, eləcə də biznes dairələrinin nümayəndələri daxil olub. İqtisadi göstəricilərə görə, 2025-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət və investisiya əlaqələrində artım müşahidə olunub. Həmin il Azərbaycanın Latviyaya ixracı 8.87 milyon ABŞ dolları, Latviyanın Azərbaycana ixracı isə 7.78 milyon ABŞ dolları təşkil edib. Latviya tərəfindən Azərbaycana birbaşa investisiya həcmi 6.945 milyon ABŞ dolları olub. 2025-ci ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsi 28 milyon avroya çatıb və bu, əvvəlki illə müqayisədə 43 faiz artım deməkdir. Səfər zamanı əldə olunan razılaşmaların gələcək dövrdə ticarət həcmini daha da artıracağı gözlənilir.




Aprelin 25-də isə  Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana səfər etdi  və Qəbələdə yüksək səviyyəli görüşlər keçirildi. Görüşlərin əsas istiqamətləri müdafiə sənayesi, təhlükəsizlik, enerji və ticarət sahələrini əhatə edib. Tərəflər arasında təkbətək və geniş tərkibli müzakirələr aparıldı və ümumilikdə altı sənəd imzalandı. Bu sənədlər dron texnologiyaları, birgə istehsal, enerji əməkdaşlığı və humanitar sahələri əhatə edir. Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və digər yüksək vəzifəli şəxslər daxil olub. İqtisadi göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi təxminən 510 milyon ABŞ dolları olub. 2026-cı ilin ilk üç ayında bu rəqəm 114.7 milyon ABŞ dolları təşkil edib. Səfər zamanı ticarət dövriyyəsinin 500 milyon dolları keçməsi və müdafiə sənayesində birgə istehsal platformasının yaradılması hədəf kimi müəyyən edildi.



Bu gün, aprelin 26-da  Çexiya Baş naziri Andrey Babiş Azərbaycanda rəsmi səfərdədir. Bu səfər onun Avropa İttifaqı xaricində ilk rəsmi səfəri kimi diqqət çəkir. Səfərin əsas istiqaməti iqtisadi və biznes əməkdaşlığının genişləndirilməsidir. Xüsusilə enerji, ticarət, investisiya və logistika sahələrində müzakirələr aparılır. Səfərdə Çexiya hökumət rəsmiləri və bir sıra iri şirkətlərin nümayəndələri iştirak edir. Statistik göstəricilərə görə, 2025-ci ildə Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 1.2 milyard ABŞ dollarına çatıb və bu, rekord göstərici hesab olunur. Azərbaycanın Çexiyaya ixracı 744.81 milyon dollar, Çexiyanın Azərbaycana ixracı isə 327.91 milyon dollar olub. 2026-cı ilin ilk üç ayında Azərbaycan neft və neft məhsullarının Çexiyaya ixracı 355.500 ton təşkil edib və bunun dəyəri 184.3 milyon dollar olub.   Səfərin əsas məqsədi qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb olunmasıdır. 


Bəs niyə məhz Avropa İttifaqı ölkələri Azərbaycana bu qədər maraq göstərir?


Ümumilikdə bu səfərlər Avropa İttifaqı ölkələrinin Azərbaycana artan marağını və ölkənin regionda strateji mövqeyini göstərir. Azərbaycan həm enerji təhlükəsizliyi baxımından mühüm təchizatçı, həm də Orta Dəhliz üzərində əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Avropa ölkələri xüsusilə Rusiya qazından asılılığın azaldılması, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat-logistika marşrutlarının gücləndirilməsi baxımından Azərbaycanla əməkdaşlığa önəm verir. Bu tendensiyanın gələcək illərdə daha da güclənəcəyi və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçəcəyi gözlənilir.

Jalə Rövşən

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Все новости