"Anklav düyünü": Ermənistanın yeni variantı...

"Anklav düyünü":  Ermənistanın yeni variantı...
17.11.2025 17:58

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb. 

O bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq. 

Bundan əvvəl noyabrın 11-də Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışmışdı. O bildirmişdi ki, anklav məsələsi hazırda mövcuddur. Lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir. 

Görünən odur ki, Ermənistan tərəfi anklavların ərazi mübadiləsi yolu ilə həllində maraqlıdır. Bəs bu, delimitasiya prosesini sürətləndirəcək, yoxsa əksinə, yeni risklər yaradacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, ərazi mübadiləsi mövzusu Ermənistan hakimiyyətinin təkbaşına qərar verə biləcəyi məsələ deyil və bu, hüquqi baxımdan yalnız referendum yolu ilə həll oluna biləcək bir prosesdir.

Onun sözlərinə görə, Paşinyan və parlament üzvü Sarkis Xandanyanın Azərbaycanla mümkün ərazi mübadiləsi barədə danışması delimitasiya prosesində yeni və həssas müzakirələrin açılmasına səbəb olur:

“Delimitasiya sərhəd xəttinin dəqiq müəyyənləşdirilməsi deməkdir və həm Azərbaycan, həm də Ermənistan üçün kritik əhəmiyyət kəsb edir. Xüsusilə anklav kəndlərlə bağlı məsələ son dərəcə həssasdır. Çünki həm Qazaxın müvafiq kəndləri, həm də Naxçıvanın Kərki kəndi strateji mövqeyə malikdir. Kərki Ermənistanın Şimal–Cənub magistral yoluna, Qazax kəndləri isə Ermənistan–Gürcüstan yoluna nəzarət imkanı verir. Bu səbəbdən Ermənistan daxilində həmin kəndlərin qaytarılmasını "milli və strateji maraqların satılması" kimi təqdim edənlər ortaya çıxır”.

Ekspert qeyd edib ki, Paşinyanın müxalifəti bu mövzunu hökumətin mövqelərini zəiflətmək üçün siyasi alətə çevirir:

“Paşinyan çıxışlarında məsələnin yalnız Ermənistan xalqının iradəsi ilə həll ediləcəyini vurğulamaqla müxalifətin manipulyasiya cəhdlərinin qarşısını almağa çalışır. Çünki bu mövzu Ermənistanda çox asanlıqla siyasi təzyiq alətinə çevrilir”.

Rəşad Bayramov bildirib ki, Ermənistanın Başkəndi “öz anklavı” kimi təqdim etməsi və buna uyğun ərazi mübadiləsindən danışması Azərbaycan üçün qəbulolunan deyil:

“Başkənd Azərbaycan torpağıdır və sovet dövründə ‘otlaq və əkin sahəsi’ adı altında ermənilərə verilmişdi. Bu səbəbdən həmin ərazini Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Kərki kimi kəndlərlə eyniləşdirmək mümkün deyil”.

Analitikə görə, anklav kəndlərin qaytarılması iki ölkə arasında etimadın artmasına və sərhədlərin daha dəqiq müəyyənləşdirilməsinə töhfə verə bilər. Lakin o, prosesin çətin keçəcəyini istisna etmir:

“Ermənistanda daxili müxalifət qüvvələri bu kəndlərin Azərbaycana qaytarılmasını ölkənin suverenliyinə təhdid kimi qələmə verir. Bu isə delimitasiya prosesinin daha mürəkkəb və uzunmüddətli olacağını göstərir”.

Ekspert əlavə edib ki, prosesin sürəti Ermənistanın daxili siyasi vəziyyətindən, Paşinyan hökumətinin siyasi iradəsindən və Azərbaycanın təzyiq gücündən asılı olacaq:

“Geridə qalan dövrün təcrübəsi göstərir ki, erməni tərəfi yalnız təzyiq gördüyü halda irəliləməyə meylli olur. Təzyiq olmadıqda isə proseslərdə dinamizmin qorunması çətinləşir”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Все новости