Aİ Ermənistanı SINAĞA ÇƏKİR: Tərəfdaşdan RİSKLİ TƏLƏB!

Aİ Ermənistanı SINAĞA ÇƏKİR: Tərəfdaşdan RİSKLİ TƏLƏB!
03.12.2025 17:28

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı Aİ üçün sərt olan sanksiyalara qoşulmağa çağırıb.

O bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qatıldığı Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin Aİ qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Aİ üçün sərtdir, lakin buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik”, - deyə o bildirib.

Bəs Ermənistan Aİ-nin bu çağırışını necə qəbul edəcək? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Fəqani Məhərrəmli bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi Ermənistanı yeni tərəfdaşlar qazanmağa sövq edir:


“Artıq xeyli müddətdir ki, Ermənistan Aİ ilə strateji tərəfdaşlıq çərçivəsində danışıqlar aparır. Bu danışıqlar Ermənistandan daha çox Avropa İttifaqının işinə yarayır. 44 günlük savaşdan sonra Rusiya kimi Aİ də regionda təsir imkanlarını önəmli ölçüdə itirdi. Azərbaycanın tam müstəqil siyasət yeritməsi, Gürcüstanın isə Aİ ilə problemlər yaşaması avropalıları Ermənistandan möhkəm yapışmağa vadar edir. Amma istənilən halda Ermənistanın uzun zamandan bəri Rusiyanın aləti olmaqdan çıxaraq Avropaya yönəlməsi özü-özlüyündə müsbət hadisədir və bir ölkə olaraq Azərbaycanın da maraqlarına uyğundur”.

Ekspert gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərini xatırladıb. O qeyd edib ki, bu seçkilər Ermənistanın və regionun gələcəyi ilə bağlı vacib geosiyasi elementləri özündə ehtiva etdiyi üçün seçkilərə kənar müdaxilələrin olması da mümkün ehtimallar arasındadır:

“Avropa İttifaqı bu seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının və Baş nazir Nikol Paşinyanın qalib gəlməsində maraqlı tərəfdir. Odur ki, seçkilərədək Ermənistan–Aİ münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək. Aİ bu konteksdə Ermənistana 15 milyon avro məbləğində yardım edəcəyini də bəyan edib ki, bu da hakim partiyanın seçkidə səslərini qoruması baxımından yaxşı rəqəmdir”.

Fəqani Məhərrəmli Ermənistanın Aİ-nin təsiri və ya təzyiqi ilə Rusiyaya qarşı hansısa addımlara sövq edilə biləcəyini mümkün hesab edir, lakin bunun bir faydasının olacağını düşünmür: 

“Belə ki, Cənubi Qafqazın strateji fəaliyyətini artıq beş ildir ki, Azərbaycan müəyyənləşdirir. Yəni kimin nəyə qoşulub-qoşulmayacağı Azərbaycanın rəyindən asılıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Все новости