ABŞ-nin F-35 qərarı bölgəni silkələyir: İsrail narahat, Ər-Riyad iddialı..

ABŞ-nin F-35 qərarı bölgəni silkələyir: İsrail narahat, Ər-Riyad iddialı..
18.11.2025 17:29

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcılarının satılacağını təsdiqləyib. Bu qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona gözlənilən səfəri ərəfəsinə təsadüf edir. Ər-Riyad ABŞ-dən təhlükəsizlik zəmanəti almağa çalışır.

İsrail isə münasibətlərin normallaşdırılması baş vermədən Səudiyyə Ərəbistanına  F-35 satışına qarşı çıxır.   Qeyd edək ki, Bayden dövründə müzakirə olunan bu satış həmin vaxt baş tutmamışdı. 

Bəs İsrailin etirazı fonunda Səudiyyə Ərəbistanına F-35 satışının ABŞ-nin  regional təhlükəsizlik strategiyasında hansı prioritet dəyişikliyini göstərdiyi hesab oluna bilər? 


Məsələ ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, ABŞ-nin Səudiyyə Ərəbistanına  F-35 satışı əməkdaşlığı artırır:

 "ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcılarını satmağa razılıq verməsi iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və ABŞ-yə investisiyaların təşviqi ilə bağlıdır".

Onun fikrincə , İsrail bu addımın  hərbi balansı dəyişəcəyini düşünür:

"Hazırda bölgədə F-35-lərə sahib olan yeganə ölkə İsraildir. Təl-Əviv hesab edir ki, bu təyyarələrin Səudiyyəyə verilməsi hərbi balansı dəyişə və İsrailin üstünlüyünə mənfi təsir göstərə bilər".

E. Səftərov vurğulayıb ki, Səudiyyə normallaşma üçün Fələstin məsələsində irəliləyiş tələb edir və bu da danışıqlarda gərginlik yaradır:

"Səudiyyə Ərəbistanı isə bildirir ki, İsraillə münasibətlərin normallaşması üçün əvvəlcə Fələstin məsələsində real irəliləyiş təmin olunmalıdır. Ər-Riyad Fələstinlilərin dövlət qurmaq hüququnu dəstəkləyir və İsrail qoşunlarının 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahillərindən çıxmasını tələb edir. Məhz bu məqamlar tərəflər arasında diplomatik gərginlik yaradır və danışıqları dalana salır".

O, qətnamənin  prosesi irəli apara  və İsrailin etirazını zəiflədə biləcəyini istisna etməyib:

"Bununla belə, BMT Təhlükəsizlik Şurasında Qəzzaya dair ABŞ tərəfindən irəli sürülmüş qətnamənin qəbul edilməsi fonunda Vaşinqtonun təşəbbüsü ilə prosesdə müəyyən irəliləyiş mümkündür. Güman olunur ki, ABŞ Səudiyyə Ərəbistanının gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri kimi “İbrahim sazişləri”nə qoşulmasını nəzərdə tutur. Bu halda İsrail də F-35-lərin Ər-Riyada satışına ciddi müqavimət göstərməyə bilər".

Şərhçi sonda diqqətə çatdırıb ki, ABŞ-nin bu addımı göstərir ki, Yaxın Şərqdə regional təhlükəsizlik strategiyasında yeni mərhələ başlayır. Vaşinqton artıq güc balansını yalnız İsrail üzərində qurmaqdan imtina edərək, İrana qarşı regional qarşıdurmada Səudiyyə və digər Körfəz ölkələrinin hərbi potensialını gücləndirməyə üstünlük verir". 

Jalə Rövşən

TodayPress TV 


ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости