ABŞ Çindən təşəkkür gözləyir: "İkinci Dünya müharibəsində..."

ABŞ Çindən təşəkkür gözləyir: "İkinci Dünya müharibəsində..."
05.09.2025 17:10 Təhlil

"İkinci Dünya müharibəsi ilə bağlı hər kəs öz konsepsiyasını ortaya qoyur. Amerikanın da xidmətləri az deyil. Əgər ABŞ İngiltərə ilə birgə 1944-cı ildə ikinci cəbhəni açmasaydı, müharibənin taleyinin necə olacağı məlum olmazdı". 

Tarix elmlər namizədi, dosent Akif Nağı bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, həmin vaxt Şərq cəbhəsində vəziyyət mürəkkəb idi. Yaponiya və Almaniya müttəfiq olaraq Çin, Koreya, Vyetnam və digər əraziləri işğal etməyə, tam nəzarətə götürməyə çalışırdı. Bu zaman isə Çin zəif idi.

"1937-ci ildə Yaponiya ilə Çin arasında müharibə başladı. Müxtəlif dövrlərdə SSRİ Çinə yardım edirdi. 1941-ci ildən etibarən Almaniyanın SSRİ-yə hücumundan sonra onun imkanları məhdudlaşdı. Onlar Çində Kommunist Partiyasına dəstək verməyə çalışırdılar. ABŞ isə əksinə, burjua yönümlü partiyalara yardım göstərirdi. SSRİ 1941-ci ilə qədər Çinə geniş maddi dəstək verirdi: kreditlər ayrılır, hərbi texnika, silah, sursat göndərilirdi. 1941-ci ildən sonra isə Çinə daha çox ABŞ yardım göstərməyə başladı. Xüsusilə 1941-ci ilin dekabrında Yaponiyanın "Pearl Harbor" bazasına hücumundan və 3000-ə yaxın ABŞ əsgəri həlak olandan sonra ABŞ müharibəyə daha ciddi dəstək verdi. Müharibə dövründə ABŞ Çinə dəstək versə də, əsas müharibə aparan Çin idi, qüvvələr onun ətrafında toplaşmışdılar".

Ekspert əlavə edib ki, 1945-ci ilin avqustunda ABŞ-nin Hiroşima və Naqasakiyə atom bombası atması ilə Yaponiyanın müqaviməti tamamilə sındırıldı:

"Avqustun 15-dən etibarən Yaponiyanın kapitulyasiyaya təslim olma prosesi başladı və 2 sentyabrda bu proses yekunlaşdı. Nəticədə isə Yaponiyaya qarşı qələbə SSRİ-nin, ABŞ-nin və Çinin ortaq qələbəsi kimi qəbul edildi. Hər üç ölkənin qanunvericiliklərində “Qələbə Gününü” qeyd edildi. SSRİ həmin tarixdə müqavilə imzaladı və ertəsi gün “Qələbə Günü” elan olundu. Sonradan isə 9 may tarixi önə keçdiyindən, “3 sentyabr”ın qeyd olunması Sovet məkanında yaddan çıxdı.

Buna görə də, ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlər əsaslıdır. O dövrdə Çinə Amerikanın ciddi dəstəyi olub və Yaponiyanın məğlubiyyətində bu yardım mühüm rol oynayıb. Müharibədən sonra Çində kommunistlər və "Kuomintang" (burjua yönümlü partiya) arasında mübarizə gücləndi. SSRİ kommunistləri, ABŞ isə Çan Kayşini dəstəkləyirdi. Nəticədə yenə də Çinin böyük hissəsində Çin Xalq Respublikası yaradıldı, Qərb isə yalnız Tayvanda özünə uyğun rejim qura bildi. Bu vəziyyət bu günə qədər də davam edir.

Beləliklə, İkinci Dünya müharibəsi bu sonluqla yekunlaşdı və onun nəticələri ilə hələ də razı olmayan qüvvələr mövcuddur".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya müharibəsində Çin Yaponiya üzərində qazandığı qələbəyə görə Amerikaya təşəkkür etməlidir. O deyib ki, mən Çinin ABŞ-yə təşəkkür etməsini istəyirəm. Trampın fikirlərindən belə görsənir ki, Çinin Yaponiya üzərində qələbəsinə 1945-ci ildə Amerika da kömək edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 Bütün Xəbərlər