ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
25.09.2025 17:35 Təhlil

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT sammiti çərçivəsində ABŞ-yə səfəri və burada keçirilən iqtisadi görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir".

İqtisadçı ekspert Famil Niftiyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında münasibətlər ənənəvi olaraq enerji sahəsində formalaşıb. Xəzər dənizi yataqlarının işlənməsi, Bakı-Tbilisi-Ceyhan və digər enerji kəmərləri bu əməkdaşlığın əsas sütunları olub.

“Qarabağ və Şərqi Zəngəzurda yaradılan "yaşıl enerji zonaları" ABŞ investorları üçün böyük maraq kəsb edir”

Ekspert əlavə edib ki, hazırda qeyri-neft sektoru, xüsusilə bərpa olunan enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı və logistika sahələri əməkdaşlığın əsas istiqamətləri sırasındadır:

"Azərbaycanın yaşıl enerji strategiyası, Qarabağ və Şərqi Zəngəzurda yaradılan "yaşıl enerji zonaları" ABŞ investorları üçün böyük maraq kəsb edir. Burada Amerika şirkətlərinin iştirakı həm texnologiya transferi, həm də maliyyə resurslarının cəlbi baxımından əhəmiyyətli olacaq".

Mütəxəssis, həmçinin qeyd edib ki, maliyyə və investisiya əməkdaşlığı da xüsusi önəm daşıyır. Azərbaycanın kapital bazarlarının inkişafı, infrastruktur layihələrinin maliyyələşdirilməsi və xarici investisiyalar üçün təhlükəsiz mühitin təmin olunması ABŞ-nin iri fond menecerləri və investisiya şirkətlərinin marağını artırır.

“Kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi diqqətçəkən istiqamətlər olacaq”

O vurğulayıb ki, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi təşəbbüslər Amerika tərəfinə Cənubi Qafqaz vasitəsilə Avropa-Asiya ticarətində yeni strateji imkanlar təqdim edir.

Gələcəkdə isə əməkdaşlığın yüksək texnologiyalar, kibertəhlükəsizlik, təhsil və innovasiya sahələrinə qədər genişlənəcəyi gözlənilir. ABŞ şirkətləri üçün Azərbaycanın inkişaf edən İKT sektoru, startap ekosistemi və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi diqqətçəkən istiqamətlər olacaq.

"Ümumilikdə, ABŞ-Azərbaycan iqtisadi münasibətləri əvvəlki kimi yalnız enerji layihələrinə əsaslanmayacaq. Daha çox şaxələndirilmiş əməkdaşlıq, investisiya və texnologiya transferinə yönələcək ki, bu da həm Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirəcək, həm də ABŞ üçün strateji tərəfdaşlıq imkanlarını genişləndirəcək",- deyə Famil Niftiyev fikrini sonlandırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.

Səfər çərçivəsində dövlət başçısı "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb. Söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından "Ares Management" şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Türkan İsgəndərli

FOTOLAR

ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər