79 il sonra ilk dəfə: ABŞ və Suriya arasında diplomatik dönüş nöqtəsi

79 il sonra ilk dəfə: ABŞ və Suriya arasında diplomatik dönüş nöqtəsi
11.11.2025 18:39

Noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Əl-Şara arasında qapalı görüş keçirib. Bu, 1946-cı ildən bəri Suriyadan Vaşinqtona ilk rəsmi prezident səfəridir. Tərəflərin kürd fraksiyalarının inteqrasiyası, sanksiyaların aradan qaldırılması və Suriyanın Abraham sazişinə qoşulması kimi məsələləri müzakirə edəcəyi bildirilir. Həmçinin, Suriyanın İŞİD-ə qarşı ABŞ-nin rəhbərlik etdiyi koalisiyaya rəsmi qoşulması mövzusu gündəmdədir. 


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elmir Səftərov bildirib ki,  Əhməd Əl-Şaara Suriya diplomatiyasını yenidən canlandırmağa çalışır:

"Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd Əl-Şaara Suriyanı Yaxın Şərqdə diplomatik əlaqələrini genişləndirən və beynəlxalq münasibətlərdə fəal iştirak edən bir dövlətə çevirməyə çalışır. Onun əsas məqsədi bütün qonşularla, həmçinin regional və qlobal səviyyədə ölkəsinin diplomatik münasibətlərini bərpa etməkdir".

Ekspert qeyd edib ki, Şaara ölkədə nizamın bərpası və yenidənqurma işlərinin irəliləməsi üçün sürətli addımlar atmaqdadır:

"Uzun illər davam edən vətəndaş müharibəsi, terror qruplaşmalarının fəaliyyəti və ölkə daxilində qeyri-sabitlik Suriyanı ciddi sınaqlarla üz-üzə qoyub. Lakin Əhməd Əl-Şaara qısa müddətdə ölkədə sabitliyi bərpa etmək, dövlət idarəçiliyini möhkəmləndirmək və infrastrukturun yenidən qurulmasını təmin etmək istiqamətində fəal siyasət yürüdür".

Politoloqun sözlərinə görə, çətin regional şəraitə baxmayaraq, ölkə geniş əməkdaşlıq imkanları axtarır:

"Hazırda Suriya ərazisində bir sıra ziddiyyətli maraqlar toqquşur: Rusiya hərbi bazalarının mövcudluğu, müxtəlif silahlı qruplaşmalar və ordunun parçalanmış vəziyyətdə olması ölkənin siyasi sistemində mürəkkəblik yaradır. Buna baxmayaraq, prezident böyük dövlətlərlə — Türkiyə, Rusiya, ABŞ, Azərbaycan və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirmək üçün cəhd göstərir".

E.Səftərov, həmçinin bu səfərin Suriya liderinin ilk dəfə Ağ Evdə rəsmi qəbul olunması ilə diqqət çəkdiyini vurğulayıb:

"Bu baxımdan, Əhməd Əl-Şaaranın əvvəlcə Rusiyaya, daha sonra isə noyabrın 10-da ABŞ-yə səfəri və Ağ Evdə prezident Donald Tramp ilə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu, Suriya tarixində ilk dəfədir ki, ölkə prezidenti rəsmi şəkildə Ağ Evdə qəbul olunur. Nə Hafiz Əsədin, nə də Bəşər Əsədin hakimiyyəti dövründə belə bir görüş baş tutmamışdı".

Politoloqun qənaətincə, görüş iki ölkə münasibətlərində mühüm yumşalma və yeni əməkdaşlıq mərhələsinin siqnalı kimi dəyərləndirilə bilər:

"Bu hadisə Suriya-ABŞ münasibətlərində gərginliyin azalması və diplomatik əlaqələrin normallaşması istiqamətində dönüş nöqtəsi kimi dəyərləndirilir. Görüş zamanı Donald Trampın Əl-Şaaranı “güclü lider” adlandırması və əməkdaşlığa açıq mövqe nümayiş etdirməsi gələcək münasibətlərin inkişafı üçün müsbət zəmin yaradır. ABŞ artıq bəzi sanksiyaların yumşaldılması istiqamətində addımlar atır ki, bu da Suriyanın iqtisadi dirçəlişinə töhfə verə bilər. Eyni zamanda, Suriya tərəfi ABŞ ilə əməkdaşlıq çərçivəsində koalisiya qüvvələrinə qoşulmaq, eləcə də İsrail tərəfindən işğal edilmiş Qolan təpələrinin azad olunması məsələsini gündəmə gətirib".

Ekspert son olaraq əlavə edib ki, hazırkı həssas mərhələdə Əhməd Əl-Şaara diplomatik manevrlərlə həm ölkə daxilində sabitliyi təmin etməyə, həm də beynəlxalq səviyyədə Suriya üçün yeni siyasi və iqtisadi imkanlar açmağa çalışır.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Джавид Гусейнов назначен главным тренером «Араз-Нахчывана» 15:10 Кабмин принял решение по промышленным и технологическим паркам 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Все новости