Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu!

Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu!
17.07.2026 21:00
MƏN ŞUŞADAYDIM...

Uşaqlığım, məktəb illərim Qarabağın işğal hekayələrini dinləməklə keçib. Hansı dərsliyi açsaq, bu cümlə ox kimi sinəmini dəlib qəlbimizə saplanırdı: “Azərbaycanın 20% ərazisi işğal altındadır”. Şərtmidir, qarabağlı olasan? O ağrı hamımızın idi. 


Mənim uşaqlığımda Qarabağ həsrəti, yurd nisgili vardı. Uşaqlıqdan anam bizə öyrətmişdi: yatmazdan öncə hər gecə əsgərlərimiz üçün dua edin. Bəlkə də dualarımız məqamına çatdı.


11-ci sinifdə oxuyurdum. Tarix kitablarında yazılanları, dərslərdə danışılanları bilirdim. Bilməzdim, bilməzdik ki, elə həmin il taleyimizə Zəfər yazılıb. Sentyabrın 27-si... Müharibə başladı. Artıq hansısa kitabdan nəsə oxumurdum, o anları yaşayırdım. Bu xalqın, dövlətin ağlından çıxarmaycağı 44 günü var. Hər səhəri ümidlə açılan, hər gecəsi min dua ilə qapanan, şükürlə nöqtələnən 44 gün…

Həmin tarix ruhumuzu diriltdi. Ən çətin anlarda tək güvən yerimiz vardı - Prezident İlham Əliyev oldu. Onun qətiyyəti Ordunun iradəsinə çevrildi, xalqı ayaqda saxladı.


Nəinki ölkədə, həmin ərəfədə dünyada vəziyyət gərgin idi, pandemiya dövrü idi. Ölkədə internet belə məhdud idi, amma hamının hansı yolla olursa, olsun "Twitter"dən Ali Baş Komandanın müjdəli xəbərlərini almaq üçün can atırdı.

Və 8 noyabrda televiziyadan o səs gəldi:

“Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir!”


Bütöv millət azad nəfəs aldı. Milyonlarla insan müxtəlif yerlərdə küçələrə axışdı, tanımadıqları kəslərlə qucaqlaşıb ağladı, bayraqlar səmaya yüksəldi.

Artıq 6 ilə yaxın vaxt keçir, mən hələ də o xəbərin yaşatdığı hissi ifadə etməyə cümlə tapa bilmirəm. Seyran Səxavət demişkən:

“Qarabağ haqqında ən böyük əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və əsgərlərimiz yazdı”. Hətta onunla müsahibəmdə bu barədə soruşmuşdum. 

“Bax, o əsərin ardınca nə yazasan? Ola bilər ki, sonra mən özüm də nəsə yazam, amma ən böyük əsəri onlar yazdı”, - demişdi. Mən onu həmin an da anlamışdım, amma Şuşaya ayaq basanda dərk etdim.

Nəhayət… Mən Şuşadaydım!

İşğal ağrısı ilə böyüyən mən Şuşanın havasını dünən ciyərlərimə çəkdim. Azad olunandan sonra bura ilk gəlişim idi. 6 il idi, qismət olmurdu, bəlkə də Şuşanın viran halını yox, onu gözəl görüm deyə... 

Xankəndidən Şuşaya doğru qalxdıqca qulağıma Xudayarın səsi gəlirdi: “Şair, sorma Vətən nədən yaxşıdır...”

O dik, dolanbac yolu qalxdıqca göz yaşım da baxmadı sözümə. Bu sətrləri yazanda da boğazım düyünlənir. Hansı cümlə ilə, hansı reportaj dili ilə bunu yazım, bilmirəm. Axı ifadə edə bilmirəm o anı...

“İlahi, bu qədər yüksəyə necə qalxıblar? Necə azad ediblər? Bu sevgi necə güclü olub ki, bunu bacara biliblər?”


Şuşanın bizə qollarını açdığını, bağrına basmağa hazır olduğunu ta qəlbimdə hiss edirdim. Orda canını fəda edən oğulların ruhunu hiss edirdim, məncə, ruhları orda məskən salıb. Hər Şuşaya ayaq basanı fəxrlə izləyirlər.

Mən Şuşadaydım... Mən Şuşanı gəzdim, küçələrində addımladım. 6 il öncə bu mənim ağlımın ucundan da keçməzdi. Orda aldığım hər nəfəs, atdığım hər addım üçün təşəkkür edirəm, Allahım.


Şuşanın azad olunması bizim qürurumuzu bizə geri verdi, Qarabağ öz tacına qovuşdu. Düzdür, bəzi evlərin işığı bir daha yanmadı. Bəzilərinin ataları, oğulları, yoldaşları geri dönmədilər. Amma onlar öz nəfəslərini verdilər ki, bu torpaqlar azad nəfəs bilsin. Qanları ilə 3 rəngli şanlı bayrağımızı Qarabağda ucaltdılar, bizə azad Vətən miras qoyub getdilər. Daha heç bir məktəbli “Azərbaycanın 20% torpağı” işğal altdındadır sözünü oxumayacaq”, indi işğal tarixlərini üzüntü ilə yox, qələbə tarixlərini fəxrlə əzbərləyəcəklər. Sinif otaqlarında həmin tarixlərin asıldığını görəcəklər.

Mənim gözəl Vətənim, sən ən gözəl sözlərə, cümlələrə layiqsən. Tarixin bütün sınaqlarından üzüağ çıxdın, Allah səni bir də belə ağır sınağa çəkməsin, can parçanı səndən almasın. Əzəmətin dünyaya elə yayılıb ki, heç sən də artıq buna imkan verməzsən. Sən qalibsən, azadsan, məğrursan. 


Hər yazının mütləq sonluğu olmadı deyil. Bu heç yazı da deyildi, hisslər idi. Elə indi də Xudayar oxuyur. Qələbənin marşını.

Oxu, qardaşım, oxu...

Qiymət Mahir



ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
İran Azərbaycanla media savaşına başlayır? - “Qara siyahı” yayıldı 23:15 Polşada “qonaqpərvərlik limiti” doldu - Ukraynalı qaçqınlarla bağlı SORĞU 22:53 Hərbçimiz həlak oldu - FOTO 22:43 “Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi 22:34 TƏCİLİ: ABŞ İsrailə onlarla hərbi təyyarə göndərdi 22:23 Ömər Eldarovun son vəziyyəti açıqlandı 21:21 İranın kürd terrorçuların bazalarını hədəf aldı - VİDEO 21:59 İran İraqı vurdu - VİDEO 21:49 Dünya çempionlarını bu dəfə fərqli mükafat gözləyir - VİDEO 21:40 İranda ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub - FOTO 21:17 Ömürlük cəza alanların apellyasiya prosesi davam edir - Məhkəmədə nə baş verdi? 21:14 ABŞ İranın “gözünü” vurdu - Strateji müşahidə qülləsi məhv edildi 20:59 Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu! 17:29 Trampın yeni hədəf siyahısı üzə çıxdı - İranı nə gözləyir? 20:52 Mikayıl Cabbarov Mirziyoyevlə görüşdü - İlham Əliyevə xüsusi mesaj göndərildi 20:46 Ukraynada ən vacib iki nazirliyə müvəqqəti rəhbərlər təyin edildi - ADLAR 20:38 Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO 20:29 Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi 20:20 Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu 20:14 Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur” 20:06 Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ 19:52 Gözlənilən sənəd hələ də yoxdur - ANAMA-dan AÇIQLAMA 19:36 Şuşada Vaqif Poeziya Günlərinə start verildi 19:31 Rusiya Ukraynanın limanlarını hədəf aldı 19:23 Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA 19:45 Все новости