SON DƏQİQƏ! Azərbaycanda YANACAQ bahalaşır?

SON DƏQİQƏ! Azərbaycanda YANACAQ bahalaşır?
10.03.2026 22:33

Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb. Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.

Maraqlıdır, qonşu ölkədə gedən bu bahalaşma Azərbaycana necə təsir edə bilər?  

İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında neftin bahalaşması region ölkələrində yanacaq qiymətlərinə təsir etsə də, Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimləndiyi üçün dəyişikliklər dərhal baş vermir.   


“Qiymətlərin dəyişdirilməsi adətən Tarif Şurasının qərarı ilə olur. Buna görə də dünya bazarında neft bahalaşsa belə, daxildə qiymətlər ya gecikmə ilə dəyişir, ya da ümumiyyətlə dəyişməyə bilir”, - deyə ekspert qeyd edib.  

O vurğulayıb ki, qlobal bazarda neft uzun müddət bahalı qalarsa, yanacaq istehsalı və idxalı xərcləri artarsa, Azərbaycanda da müəyyən artım ehtimalı yarana bilər: 

“Lakin bu artımlar adətən kəskin olmur və çox vaxt 5–10 qəpik kimi mərhələli şəkildə həyata keçirilir”. 

A. Nəsirli sonda bildirib ki, Gürcüstanda qiymətlərin qalxması regiondakı ümumi tendensiyanı göstərir. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Все новости