Liv Bona Dea Hospitalı Nigar Köçərlinin iddialarına cavab verdi

Liv Bona Dea Hospitalı Nigar Köçərlinin iddialarına cavab verdi
19.01.2026 14:55

"Son günlər sosial şəbəkələrdə xəstəxanamızla bağlı yayımlanan iddialara cavab olaraq bildiririk ki, məsələ ilk gündən etibarən tərəfimizdən ciddi nəzarətə götürülüb və ətraflı şəkildə araşdırılmağa başlanıb".

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Liv Bona Dea Hospitalından bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı xəstə yaxınları ilə xəstəxananın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı müzakirə olunub və bütün suallara aydınlıq gətirilib.

"Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun şəkildə nəzarət altına alınıb, ilkin mərhələdə müvafiq ağrıkəsici və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinəsi və ağrı kontrolu aparıldıqdan sonra əsas müalicə həkimi ilə müzakirə edilib, klinik vəziyyətinə uyğun olaraq epidural kateter tətbiq olunub. Həyata keçirilən tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması barədə müalicə həkimi tərəfindən xəstəmizin həyat yoldaşına da ətraflı məlumat verilib.

Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə birbaşa təsir edir. Bu səbəbdən sözügedən xəstəmizin ümumi əməliyyatxanadan yatış otağına köçürülməsi prosesi gözləniləndən daha uzun zaman alıb.

Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə edilib və ağrısının azaldığı müşahidə olunub. Növbəti gün aparılan müayinədə isə xəstənin komfortunun qorunması məqsədilə epidural kateterin xəstəxanadan çıxışına qədər saxlanılması barədə qərar verilib.

Eyni zamanda xəstəmiz yatış otağında olduğu müddətdə məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və dərhal araşdırmalara başlanıb. Xəstəmiz sağalaraq evə buraxıldıqdan sonra aparılan araşdırmaların nəticələri də baş həkimimiz tərəfindən həyat yoldaşına telefon vasitəsilə çatdırılıb".

Xəstəxanadan vurğulanıb ki, sosial şəbəkələrdə səsləndirilən iddialar və şikayətlər məyusedici olsa da, xəstənin sağlamlığına qovuşaraq evinə yola salınması ən böyük məmnunluq və xoşbəxtlikdir.

"Xəstəxanamızın imicinə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaları qətiyyən qəbul etmirik. Bildiririk ki, iddialar rəsmi şəkildə hüquqi müstəvidə təqdim ediləcəyi təqdirdə, müvafiq qurumlara tibbi qeydləri və bütün xəstələrimizin məxfiliyini qorumaq şərti ilə mövcud kamera qeydlərini təqdim etməyə tam hazırıq".

Qeyd edək ki, “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli yanvarın 14-də “Liv Bona Dea” xəstəxanasında planlı ginekoloji əməliyyat zamanı və sonrasında ciddi laqeydlik və qeyri-insani rəftarla üzləşdiyini bildirib. Əməliyyatdan sonra dözülməz ağrılara baxmayaraq, uzun müddət ona yardım göstərilməyib, əlavə anesteziya üçün isə ödəniş tələb olunub. O bildirib ki, proses gözləniləndən xeyli uzun çəkib, bu barədə həyat yoldaşı, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluna heç bir məlumat verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Все новости