Deputat: "Hakim də, almanlar da "Qarabağ"ı sındıra bilmədi"

Deputat: "Hakim də, almanlar da "Qarabağ"ı sındıra bilmədi"
22.01.2026 10:33

"Qarabağ" yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı, 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı".

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir:

"İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi. Bu arada görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1-2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3-2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu".

Deputat vurğulayıb ki, hakimin hərəkətləri də komandamızı sındıra bilmədi:

"Bu cür oyunlardan sonra "Qalatasaray"dan, "Fənərbağça"dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm. Artıq Türk dünyasında "Qarabağ"a həm "Qarabağsaray", həm də "Qarabağbağça" kimi baxılır. Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir. Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Duran, Yankoviç, Silva, Bəhlul - daha kimi deyim - hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar - bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Frankfurt) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Kamillo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Все новости