Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir?

Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir?
15.08.2026 12:10

Bakı metrosunda yeni hərəkət sxemi tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bunu "APA"ya  açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, bu günə qədər Bakı metropoliteni bütün mümkün texniki tədbirləri görərək minimum intervalları təmin etmişdi: “Amma bundan sonraki dövrdə artıq dünya təcrübəsində də olduğu kimi, daha az intervalların təmin edilməsi istiqamətində prinsipial günün başlanğıcını deyə bilərik. Düzdür, qarşıdakı dövrdə artıq müəyyən məhdudiyyətlər olacaq. Sərnişinlərimiz 28 May, Nizami istiqamətində hərəkət edə bilməyəcəklər. Bir sözlə, qırmızı xətt üzrə İçərişəhər, Həzi Aslanov olmaqla qatarların hərəkəti təmin ediləcək. 28 May stansiyasının fəaliyyəti olduğu kimi qalacaq. Amma yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir. Qatarlar Dərnəgül-Nizami istiqamətində hərəkət edəcək. Qırmızı xətt üzrə intervallar 2 dəqiqə 30 saniyə, yaşıl xətt üzrə hazırda 3 dəqiqə 30 saniyədir. Amma bundan sonraki dövr üzrə artıq monitorinqlərin daha da sıxlaşdırılması ilə axın istiqamətləri öyrəniləcək”.

Onun sözlərinə görə, həm intervalların azaldılması, həm də sərnişinlərin məlumatlandırılması istiqamətində əhəmiyyətli yeniliklər ediləcək: “Bu gündən etibarən Bakı metropolitenin stansiyalarında könüllülərin fəaliyyəti təmin olunacaq, eyni zamanda stansiyalara əlavə işçi qüvvəsi ayrılmaqla sərnişinlərin artıq giriş sahəsində məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər görüləcək ki, hər hansısa bir çaşqınlıq bundan sonraki dövrdə müşahidə olunmasın. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırır. Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə yaşıl və qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspres marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq”.


ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Azərbaycan XİN Lixtenşteyni təbrik etdi 13:05 “Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşır 12:54 İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Дует ветер, идет дождь — ФАКТИЧЕСКАЯ ПОГОДА 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 В Баку перевернулась фура: на дорогу разлился дизель 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Наш парадзюдоист завоевал медаль на чемпионате Европы 11:45 В магазине обрушился потолок, женщина осталась под завалами 11:21 Зубир ушел из «Карабаха» — стал известен его новый клуб 11:13 Rusiyanın əsas raket-kosmik mərkəzinə "Flamingo" hücumu - VİDEO 11:01 В Ормузском проливе было совершено нападение на грузовое судно 10:36 В Азербайджане могут подорожать бензин и дизель? 10:25 ПРЕДУПРЕЖДЕНИЕ для тех, кто купается в море в ветреную погоду! 10:09 В Астаре молодая девушка найдена мертвой во дворе своего дома 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 На мировом рынке выросла цена на нефть 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 Все новости