Azərbaycanlılar üçün ekzotik istiqamət: Ekvadora kimlər gedə bilər?

Azərbaycanlılar üçün ekzotik istiqamət: Ekvadora kimlər gedə bilər?
06.05.2026 15:47

Azərbaycan və Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir. Bununla bağlı xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində saziş imzalanıb.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, bu, turizm baxımından dərhal böyük axın yaradacaq qərar kimi qiymətləndirilməməlidir. 


Çünki bu razılaşma ilk növbədə diplomatik və institusional əlaqələrin sadələşdirilməsinə yönəlib, ümumvətəndaş pasportları ilə səyahət edən kütləvi turist kontingentinə birbaşa şamil olunmur:

"Təbii ki, belə addımların turizm üçün dolayı təsiri var. Diplomatik təmasların artması, biznes nümayəndələrinin, turizm qurumlarının, mədəniyyət və təhsil sahəsi üzrə nümayəndə heyətlərinin səfərlərini asanlaşdırır. Bu isə gələcəkdə turizm sərgiləri, B2B görüşlər, tanıtım kampaniyaları və qarşılıqlı əməkdaşlıq üçün daha əlverişli zəmin yarada bilər. 

Ekspert xatırladıb ki, rəsmi statistikaya əsasən, son illərdə Latın Amerikası ölkələri Azərbaycana gəlmə turizmi baxımından hələlik kiçik və niş bazar olaraq qalır:

"Regiondan gələnlərin sayı ümumi turist axını ilə müqayisədə çox məhduddur. Bu da göstərir ki, hazırda Azərbaycan-Ekvador turizm əlaqələri formalaşma mərhələsindədir, oturuşmuş kütləvi istiqamət kimi çıxış etmir. Əsas məhdudlaşdırıcı amillər məsafə, birbaşa aviareyslərin olmaması, səfər xərcləri və qarşılıqlı bazar məlumatlılığının aşağı səviyyədə olmasıdır. Azərbaycan turistləri üçün Ekvador Qalapaqos adaları, And dağları, Amazon təbiəti və tarixi şəhərləri ilə maraqlı ekzotik istiqamətdir. Eyni zamanda, Azərbaycan da Latın Amerikası turistləri üçün mədəniyyət, tarix, qastronomiya, Formula 1, sağlamlıq və şəhər turizmi baxımından potensial daşıyır".

Samir Dübəndi vurğulayıb ki, bu qərarı turizmdə ani sıçrayış kimi deyil, uzunmüddətli əlaqələrin başlanğıcı kimi qiymətləndirmək daha doğrudur:

"Əgər növbəti mərhələdə aviaəlaqələr, qarşılıqlı tanıtım, turizm operatorları arasında əməkdaşlıq və mədəni tədbirlər gücləndirilərsə, Ekvador və ümumilikdə Latın Amerikası Azərbaycan üçün kiçik, lakin perspektivli turizm bazarına çevrilə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Все новости