Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur”

Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur”
17.07.2026 20:06

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp ABŞ Konqresində Bakının baş sefard ravvini Zamir İsayevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Erik Tramp “Azərbaycan bizim dostumuz, İsrail isə müttəfiqimizdir” deyərək hər iki ölkə ilə münasibətlərin əhəmiyyətini vurğulayıb.

Görüş iyulun 14-də ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. Tədbirə ABŞ ilə dost münasibətlərə malik ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın nümayəndə heyəti də dəvət olunub. Heyətdə baş sefard ravvini Zamir İsayev və “Azərbaycan Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov yer alıblar.

Zamir İsayev görüşdə Azərbaycandakı yəhudi icmasının təhlükəsizlik şəraitində yaşadığını, dini etiqad azadlığından istifadə etdiyini və dövlətlə cəmiyyətin dəstəyi sayəsində antisemitizmlə üzləşmədiyini bildirib.

Erik Tramp həmçinin Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış sazişə toxunaraq, TRIPP regional nəqliyyat layihəsinin yaxın vaxtlarda fəaliyyətə başlayacağına ümid etdiyini ifadə edib.

O bildirib ki, layihənin regiona hamının gözlədiyi sülhü gətirəcəyinə inanır.

Görüşün sonunda Zamir İsayev Erik Trampa İsrail və Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edib, üç ölkə arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
İran İraqı vurdu - VİDEO 21:49 Dünya çempionlarını bu dəfə fərqli mükafat gözləyir - VİDEO 21:40 TƏCİLİ: Ömər Eldarov xəstəxanaya yerləşdirildi 21:21 İranda ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub - FOTO 21:17 Ömürlük cəza alanların apellyasiya prosesi davam edir - Məhkəmədə nə baş verdi? 21:14 ABŞ İranın “gözünü” vurdu - Strateji müşahidə qülləsi məhv edildi 20:59 Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu! 17:29 Trampın yeni hədəf siyahısı üzə çıxdı - İranı nə gözləyir? 20:52 Mikayıl Cabbarov Mirziyoyevlə görüşdü - İlham Əliyevə xüsusi mesaj göndərildi 20:46 Ukraynada ən vacib iki nazirliyə müvəqqəti rəhbərlər təyin edildi - ADLAR 20:38 Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO 20:29 Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi 20:20 Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu 20:14 Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur” 20:06 Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ 19:52 Gözlənilən sənəd hələ də yoxdur - ANAMA-dan AÇIQLAMA 19:36 Şuşada Vaqif Poeziya Günlərinə start verildi 19:31 Rusiya Ukraynanın limanlarını hədəf aldı 19:23 Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA 19:45 Rusiyada taxıl yetişdi, yanacaq yetişmədi - YENİ BÖHRAN 18:49 Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək 18:37 ABŞ hücumlarından sonra dağılan körpülərin FOTOLARI 18:31 Türkiyə Ermənistana “kod qoydu” 18:25 Qurban Qurbanovdan təəccübləndirən QƏRAR 18:17 Altı ölkənin orduları Azərbaycanda birləşəcək 18:07 Все новости